Fevralda yaradılmış şirkətin 2 milyonluq tenderi udmasına dair açıqlama
"Son günlər sosial şəbəkələrdə “Alpina Parking Consulting” MMC-nin Bakı Nəqliyyat Agentliyinin (BNA) keçirdiyi tenderin qalibi olması barədə müxtəlif fikirlər, mülahizələr bildirilir. Lakin əsaslı araşdırma aparılmadan yayılan fikirlər insanlarda müəyyən çaşqınlıq yaradır".
Bunu BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
"Bunu nəzərə alaraq bir neçə məqamı diqqətə çatdırım. Şəhər nəqliyyatının vacib komponenti olan parklanmanın düzgün idarə edilməsi yollarda xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına imkan yaradır.
Düzgün idarəçilik yerli biznes sahiblərinə, sakinlərə şəhərin ərazisindən effektiv istifadə etməyə dəstək göstərir, ictimai nəqliyyatdan istifadəyə marağı artırır. Ən əsası isə parklanmanın sərmayə yatırımları üçün cəlb ediciliyini daha da artırır.
Bu sahədə düzgün və şəffaf idarəçiliyin təşkili üçün beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Bu mənada yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətlə əməkdaşlıq faydalıdır.
Tenderin qalibi olan Alpina şirkəti isə bu sahədə böyük təcrübəyə malikdir. Bir az zaman sərf edib internet resurslarında araşdırma yetərlidir ki,şirkət barədə tam dolğun məlumat əldə edəsən.
"Alpina Parking Consulting" şirkəti 1997-ci ildə yaradılan "Alpina" şirkətlər qrupunun mühüm tərkib hissəsi hesab olunur. Şirkət parklanma sahəsində məsləhət xidmətlərinin göstərilməsi, eləcə də konsepsiya və menecment xidmətlərinin yerinə yetirilməsi üçün təcrübəyə və lisenziyalara malikdir", - deyə o, qeyd edib.
Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyi “Alpina Parking Consulting” ilə məbləği 2 milyon 124 min manat olan müqavilə bağlayıb. Müqavilə Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə auditi xidmətinin satın alınmasını nəzərdə tutur.
Əlavə edək ki, “Alpina Parking Consulting” MMC 2020-ci ilin fevral ayında dövlət qeydiyyatına alınıb. 1000 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
-
14 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
16 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
22 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Mayın 19-da gözlənilən hava şəraiti
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər






















