Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov neft hasilatını azaltmaq üçün "OPEC+" sazişində iştirak edənlərin sayını artırmağa çağırıb.

Nazir bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq video-konfransda çıxış edərkən bildirib.

Reklam_3_11

"Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Bu baxımdan ölkələri və digər istehsalçıları cəlb etməklə "OPEC+" formatının daha da genişləndirilməsini vacib sayıram", - deyə P. Şahbazov qeyd edib.

O əlavə edib ki, Azərbaycan "OPEC+" sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməyə davam etmək niyyətindədir: "Azərbaycan öhdəliklərə sadiqliyini təsdiqləyir və neft bazarında sabitliyin təmin olunmasında fəal rol oynamağa davam edəcək".

P. Şahbazov hesab edir ki, neftə olan tələbatın böhrandan əvvəlki səviyyəsinin bərpası ən azı iki il çəkə bilər.

"Təəssüf ki, indiki qeyri-müəyyənliyi nəzərə alsaq, tələbin gələcəkdə tam bərpa olunacağını inamla gözləmək olmaz. Bəzi hesablamalara görə, neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır", - deyə nazir əlavə edib.

APA

02.07.2020 16:01
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18