İcbari avtomobil sığortası üzrə yığımlar azalıb
2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindənavtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 17 milyon 400 min manat sığorta haqqı hesablanıb.
Marja Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları 2019-cu ilin yanvar-may dövrü ilə müqayisədə 5 milyon 43 min manat və ya 41% artıb.
2019-cu ilin yanvar-may ayları ərzində avtonəqliyyat vasitələrinin sığortası üzrə 12 milyon 357 min manat sığorta haqları hesablanmışdı.
2020-ci ilin yanvar-may ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta ödənişləri 607 min manat və ya 13% artaraq 5 milyon 155 min manat təşkil edib.
İCBARİ AVTOMOBİL SIĞORTASI ÜZRƏ YIĞIMLAR AZALIB
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindənavtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 31 milyon 271 min manat həcmində sığorta haqqı yığılıb, 21 milyon 315 min manat ödəniş həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 17,8%, ödənişlər isə 15,4% azalıb.
Qeyd edək ki, 2019-cu ilin yanvar-may ayları ərzində sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 38 milyon 47 min manat sığorta haqları hesablamış, 25 milyon 189 min manat sığorta ödənişləri həyata keçirmişdilər.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 21 d. əvvəl
-
-
23 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
38 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı



























