“icaze.e-gov.az-dan icazə yalnız işə gedib-gəlmək üçündür”
“Sabahdan Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iki həftəlik xüsusi karantin rejimi tətbiq olunacaq”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Ü. Mehdiyev deyib ki, icaze.e-gov.az portalı fəaliyyətinə icazə verilmiş qurumlar və əməkdaşlar üçündür: “Fəaliyyətinə icazə verilən dövlət və özəl təşkilatlar öz əməkdaşları barədə məlumatı icaze.e-gov.az-a daxil edəcək. Bu, yalnız işə gəlmək və getmək üçündür”.
Dövlət Agentliyinin sədri qeyd edib ki, vətəndaşlar yaşayış yerin zəruri ehtiyaclar üçün SMS xidmətinə müvafiq kodları yazaraq yaşayış yerini tərk edə bilərlər: “Nazirlər Kabinetinin qərarında iki zidd məsələ uzlaşdırılıb. Yəni vətəndaşların yaşayış yerini maksimum tərk etməməsindən və zəruri ehtiyaclar üçün çıxmasından söhbət gedir. Zəruri ehtiyaclar üçün insanlar SMS-lə 2 saat müddətində yaşayış yerini tərk edə biləcəklər. Tibb müəssisəsinə getməklə bağlı icazə 2 saat müddətinə veriləcək, müalicə 2 saatı keçəcəksə, tibb müəssisəsindən arayışı əsasında evə qayıda biləcəklər.
Əgər vətəndaş ASAN-da, yaxud bankda xidmət üçün 2 kodu ilə çıxıbsa və 2 saata geri qayıda bilmirsə, həmin qurumların arayışı ilə də geri qayıda bilərlər”.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 4 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti





















