"Həftəsonu qapanma günlərində istədiyimiz nəticəni əldə edə bilmədik"
“Ötən gün yeni yoluxma sayının artdığını gördük. Bununla da aktiv xəstələrin sayında da artım müşahidə olunur. Təəssüf ki, itirdiyimiz xəstələrin sayı da artır”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Bu statistikanın nəticəsi olaraq karantin rejimi avqustun 1-dək uzadıldı və bir neçə şəhər və rayon üzrə sərt karantin rejiminin tətbiqinə qərar verildi. Təəssüflə qeyd etmək istəyirəm ki, tətbiq etdiyimiz qısa qapanma (həftəsonu) günlərində istədiyimiz nəticəni əldə edə bilmədik”, - o bildirib.
“Maskasız həyat tərzimiz olmayacaq”
Yaqut Qarayeva maskanın taxılması bizim artıq yeni həyat tərzimizdir: "Xahiş edirik ki, bunu hər kəs dərk etsin. Hər kəs başa düşməlidir ki, həkimlərin və ya hansısa dövlət strukturunun xətrinə deyil, yalnız özünə görə özünü qorumalıdır”.
Maskasız artıq bizim (aylar da ola bilər, illər də) həyat tərzimiz olmayacaq. Sərt karantindən çıxmağa gedən bütün ölkələrdə bu qaydalara riayət olunmalıdır. O cümlədən məsafə mütləq gözlənilməlidir. Çünki virus sərhəd, yaş və s. tanımır”.
"İndiki koronavirus xəstələrinin vəziyyəti əvvəlkilərlə müqayisədə çox ağırdır"
Yaqut Qarayeva əlavə edib ki, bugünkü xəstələrimiz mart və aprel aylarındakı xəstələrimizdən çox fərqlənir: "Bugünkü xəstələrimiz çox ağırdır. Çünki virus mutasiyaya uğrayıb.
Biz orta və cavan yaşda xəstələrimizdə çox ciddi xəstəliklər görürük”, - o bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
6 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 7 saat əvvəl
-
8 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
9 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)







.jpg)




