“Günay Sığorta” sosial layihələri ilə seçildi
(®️) Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və Azərbaycanda virusun qarşısının alınması istiqamətində Respublika Prezidentinin tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır.
Korporativ Sosial Məsuliyyət siyasəti ilə seçilən “Günay Sığorta” pandemiya dövründə əhalinin sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə "Ailənizin sağlamlığı sizin sığortanızdır!" adlı sosial layihə həyata keçirtdi. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində vətəndaşlara dezinfeksiyaedici məhlul, qoruyucu maska, salfet və maarifləndirici materiallar paylanıldı.
Şirkət Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait köçürtdü. Ölkəmizdə bu xəstəliyə yoluxma hallarının qarşısının alınması və vətəndaşlar arasında məsafə saxlanılması məqsədi ilə saytında onlayn sığorta xidmətləri təqdim etdi.
Yaşlı nəsilə diqqət və qayğı göstərilməsi kimi milli-mənəvi dəyərləri əsas tutaraq, koronavirus epidemiyasına görə Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi səbəbindən evlərində qalan 65 yaşdan yuxarı insanları, yataq xəstələrini, karantin rejimində işləmədiyi üçün sosial durumu çətinləşənləri, çoxuşaqlı kasıb ailələri, ailə başçısını itirmiş qadınları əhatə edən sosial layihə həyata keçirtdi. Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində yaşayan ümumilikdə 100 imkansız ailəyə, bir aylıq ərzaq yardımı təqdim edildi.
“Günay Sığorta” 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Masallı rayonunda yol hərəkəti təhlükəsizliyi ilə bağlı məlumat tabloları yerləşdirilmiş uşaq meydançası balaca sakinlərin istifadəsinə verdi və uşaqlara müxtəlif hədiyyələr paylanıldı.
Korporativ Sosial Məsuliyyət siyasəti “Günay Sığorta” üçün prioritet təşkil edən sahələrdən biridir və əhaliyə dəstək məqsədilə davamlı olaraq sosial layihələr icra ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)








.jpg)
