Turizm xidmətlərinin dövriyyəsində kəsir yaranıb
2020-ci ilin I rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 18% azalaraq 549 milyon dollar təşkil etmişdir. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın (281.7 milyon dollar) ixracı (267.4 milyon dollar) üstələməsi nəticəsində 14.3 milyon dollar (ö.i.m.d.n. 2.3 dəfə azalma) həcmində kəsir yaranmışdır.
2020-ci ilin 1-ci rübü üzrə Azərbaycan Respublikasının tədiyyə balansında bildirilir ki, Hesabat dövrü ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 23%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15% azalmışdır.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 281.7 milyon dollar məbləğində olmuşdur. Bunun 86%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.
2020-ci ilin 1-ci rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2.2 milyard dollar təşkil etmişdir. Bunun 1.5 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 0.7 milyard dollar isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir 1.7 dəfə artaraq 0.8 milyard dollar olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 634.3 milyon dollar olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 192.2 milyon olmuşdur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 4 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti





















