Unibankın Biznes mobil əlavəsi MDB üzrə ən yaxşılardan seçilib
®️ Unibank Mobile Business MDB və Qafqazda biznes üçün ən yaxşı mobil bank əlavələrindən biri seçilib.
MDB və Qafqazda Biznes üçün Mobil Banklar üzrə Ekspertlər Şurasının araşdırmasının və səsverməsinin nəticələrinə əsasən, Unibankın Biznes mobil əlavəsi biznes üçün yaratdığı imkanlara görə, Azərbaycanda ən yaxşı biznes Mobil Bankdır.
SME Banking Club-un açıqlamasına görə, bölgənin 2019-cu il üzrə TOP-20 ən yaxşı mobil bankını müəyyən etmək üçün Ekspertlər Şurası tərəfindən qapalı səsvermə keçirilib. Araşdırma bazar şəraiti, mobil bankçılıq trendləri, ən yaxşı təcrübələr, mobil bankların biznes üçün 140 meyarla işləməsinin təhlili və digər istiqamətlər üzrə aparılıb.
Unibank Mobile Business, bankın müştərisi olan fərdi sahibkarlar tərəfindən geniş istifadə olunur. Sahibkar mobil tətbiqin köməyi ilə istədiyi vaxt öz hesabına baxır, kartlarına nəzarət edir, bank əməliyyatları və ödənişlər həyata keçirir.
Unibank Mobile Business – biznesinizi idarə etmək üçün rahat alətdir. Mobil əlavə Unibank müştərisi olan fərdi sahibkarlara banka gəlmədən, istədikləri yerdən və istənilən vaxt hesablarını idarə etmək, bankın digər xidmətlərindən faydalanmaq imkanı verir.
Yaxın aylarda Unibank Mobile Business-in daha da təkmilləşdirilməsi və yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur. Bu, biznes sahiblərinin banka gəlmədən xidmətlərdən istifadə imkanını bir qədər də artıracaq.
Unibank- Biznesinizə daimi dəstək!
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 5 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti




















