Bank BTB güzəştli mənzil əldə etmək istəyən vətəndaşlara xidmət edən filiallarının sayını artırıb
(®️) Bank BTB əhalinin sosial rifahını yaxşılaşdırmaq və daha çox şəxsə xidmət göstərmək məqsədilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin güzəştli şərtlərlə kreditləşməsini həyata keçirməyə davam edir.
Xidmət səviyyəsini yüksəltmək və müştərilərə daha operativ xidmət göstərmək məqsədilə Bank BTB Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzilləri əldə etmək istəyən vətəndaşlara xidmət edən edən filialların sayını artırıb.
Belə ki, bank hazırda 6 xidmət nöqtəsi olan Azadlıq filialı, Promo filialı, H.Aslanov filialı, Sənaye filialı, Sahil filialı və Gənclik filialı vasitəsilə müştərilərinə daha çevik xidmət göstərir. Paytaxtın müxtəlif ünvanlarında yerləşən bu filiallar müştəri əlçatanlığını təmin etməklə yanaşı, kredit verilmə prosesinin sürətlənməsini də təmin etmiş olur. Ünvanlarla buradan tanış ola bilərsiniz. https://www.btb.az/az/officees
Bank BTB MİDA-nın satışa çıxardığı mənzillərin güzəştli ipoteka krediti hesabına əldə edilməsi üçün ayrılan kreditlərin məbləğinə görə son 2 il ərzində nəzərəçarpan göstəriciyə imza atıb. Belə ki, MİDA MMC-yə məxsus 459 mənzil Bank BTB tərəfindən güzəştli ipoteka krediti vasitəsilə rəsmiləşdirilərək vətəndaşların istifadəsinə verilib. Bununla da, ümumilikdə 20,7 milyon manat məbləğində kredit ayrılmışdır.
Məlumat üçün bildirək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştli mənzil əldə etmək kateqoriyasına mənsub olan şəxslər əldə edə bilərlər.
Həmin kateqoriyalara
YAŞI 35-DƏN ÇOX OLMAYAN GƏNC AİLƏ ÜZVLƏRİ
- şəhid ailəsinin üzvü (əri/arvadı, övladları)
- Milli Qəhrəman (özü, əri/arvadı, övladları)
məcburi köçkün və ya ona bərabər tutulan şəxs
- ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
- ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs
- fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs
- idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer)
YAŞINDAN VƏ AİLƏ VƏZİYYƏTİNDƏN ASILI OLMAYARAQ DİGƏR ŞƏXSLƏR
- elmlər doktoru elmi dərəcəsi olan şəxs
- ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
- ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla)
- ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs
- ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər
- ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər aid edilir.
Əgər Siz də yuxarıda qeyd edilən kateqoriyalardan hər hansı birinə uyğunsunuzsa güzəştli mənzilə sahib ola bilərsiniz. Bunun üçün:
- “Güzəştli Mənzil” elektron sistemində şəxsi kabinet formalaşdırırsınız.
- Daha sonra, agent bankların siyahısından Bank BTB-ni seçirsiniz.
- İlkin razılıq alındıqdan sonra, güzəştli mənzillərin satışı zamanı təklif olunan mənzillərdən birini seçirsiniz.
- Sonda tələb olunan sənədlərlə birgə güzəştli ipoteka kreditinin adınıza rəsmiləşdirilməsi üçün Bank BTB-nin filiallarından birinə yaxınlaşırsınız.
Beləcə, güzəştli və sərfəli şərtlərlə arzuladığınız mənzilə sahib olursunuz.
Bu mövzuda Sizi maraqlandıran digər suallarınız varsa, Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində "Güzəştli mənzil" pəncərələrinə yaxınlaşaraq ətraflı məlumat əldə edə bilərsiniz.
Bununla yanaşı, onlayn müraciət kanallarımız olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/), 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərsiniz. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytımız həftəiçi 5 gün xidmətinizdədir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
- 9 d. əvvəl
- 14 d. əvvəl
- 35 d. əvvəl
-
45 d. əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
-
3 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Ən çox oxunanlar
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq


















