Azərbaycanda ən böyük 5 bank
5 bankın aktivləri 1 milyard manatdan çoxdur
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə aktivləri 1 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 milyard 880 milyon 952 min manat), "PAŞA Bank" (4 milyard 759 milyon 677 min manat), "Kapital Bank" (4 milyard 412 milyon 658 min manat), "Xalq Bank" (2 milyard 282 milyon 872 min manat) və "Bank Respublika"dır (1 milyard 344milyon 750 min manat).
Qalan 23 bankdan 21-nin aktivləri 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankın aktivləri isə 100 milyon manatdan azdır.
5 bankın aktivləri azalıb
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə aktivləri illik müqayisədə az olub.
Bunlar "Rabitəbank", "Premium Bank", "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı və "AGBank"dır.
Ən çox azalma "AGBank"da (7,3%), ən az azalma isə "Rabitəbank"da (1,2%) qeydə alınıb.
Qalan 23 bankın isə aktivləri artıb. Ən yüksək dinamika "Bank of Baku"da (57,5%), ən aşağı dinamika isə "Azərbaycan Sənaye Bankı"nda (0,4%) qeydə alınıb.
©️ "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
-
7 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
8 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 9 saat əvvəl
-
11 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 10-da gözlənilən hava şəraiti
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
Ən çox oxunanlar
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb






















