“FINCA Azerbaijan” 1 ildə 3 dəfədən çox böyüyüb
2019-cu ildə bir sıra rayonda filialını açaraq 16-ya çatdıran “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ötən ili 6 milyon 518 min dollar (11 milyon 81 min manat) xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə təşkilatın xalis mənfəəti 78 dəfə artıb. “FİNCA Azerbaijan” 2018-ci ili 83 min dollar (141,1 min manat) xalis mənfəət ilə bağlamışdı. Mənfəət ehtimal olunan kredit itkiləri üçün yaradılan ehtiyatın bir hissəsinin azad olmasından qaynaqlanıb.
Marja təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “FİNCA Azerbaijan”ın faiz gəlirləri 1,8 dəfə artaraq 1 milyon 16 min dollar təşkil edib. Eyni zamanda təşkilatın faiz xərcləri 17 dəfə azalaraq cəmi 34 min dollart təşkil edib. Bundan başqa əvvəlki illər ehtimal olunan kredit itkiləri üçün yaradılan ehtiyatdan 7 milyon 224 min dollar qayıdıb.
Ötən il “FINCA Azerbaijan”ın cəmi gəlirləri 9 milyon 595 min dollar (16 milyon 311 min manat), cəmi xərcləri 3 milyon 77 min dollar (5 milyon 231 min manat) təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən 6 milyon 518 min dollar xalis mənfəət yaranıb.
Qeyd edilməlidir ki, ehtiyatdan 7 milyon 224 min dollar azadolma nəzərə alınmadan “FINCA Azerbaijan”ın gəlirləri 2 milyon 371 min dollar təşkil edib. Bu da, 3 milyon 77 min dollar cəmi xərclərdən azdır və azadolma baş verməsəydi təşkilatın 706 min dollar zərəri yaranardı.
Diqqəti cəlb edən ötən il “FINCA Azerbaijan”ın 3 dəfədən çox böyüməsidir. Belə ki, 2018-ci ilin sonunda 4 milyon 909 min dollar təşkil etmiş cəmi aktivlər 2019-cu ilin sonunda 15 milyon 963 min dollara (27 milyon 137 min manata ) çatıb. Ötən il təşkilatın xalis kredit portfeli isə 3,2 dəfə artaraq 7 milyon 155 min dollara (12 milyon 164 min manat) yüksəlib. Müştərilərə verilən kreditlərin artması faiz gəlirlərinin də 2 dəfəyə yaxın artmasını təmin edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
9 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 9 saat əvvəl
-
10 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















