"Bakının daşınmaz əmlak bazarında aktivlik artıb"
Bakıda aprel ayı ərzində təkrar mənzil bazarında 2,5%, ilkin mənzil bazarında 2,76%, torpaq bazarında isə 9,12%-lik artım qeydə alınıb.
Bunu açıqlamasında "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.
O bildirib ki, kommersiya obyektlərin icarəsində isə 2,53% azalma qeydə alınıb: “Ümumi daşınmaz əmlak bazarında ay ərzində 2,74%-lik artım qeydə alınıb. Bu ilin mart ayı ilə müqayisədə apreldə Bakının daşınmaz əmlak bazarında aktivlik artıb. Ötən ilin aprel ayı ilə müqayisədə isə ümumi bazarda 5,31% artım olub, təkrar mənzil bazarında 1,13%, ilkin mənzil bazarında 8,58%, kommersiya obyektləri bazarında 9,25%, torpaq bazarında 6,18%, kirayə mənzil bazarında 6,51%, kommersiya obyektlərin icarəsində isə 12,56%-lik artım olub".
O əlavə edib ki, hazırda kirayə mənzil bazarında aktivlik müşahidə olunur: "Aprel ayında orta qiymət 1 350 manat təşkil edib. Ümumilikdə, kirayə mənzil bazarında ay ərzində artım 0,26% təşkil edib".
Xatırladaq ki, daşınmaz əmlak üzrə ekspertlər bu ilin mart ayında ölkədə koronavirus pandemiyasının (COVİD-19) yayılması ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında aktivliyin əhəmiyyətli dərəcədə azaldığını bildirmişdilər. Belə ki, mart ayı ərzində bütün istiqamətlər üzrə satış tamamilə dayanmışdı.
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)







.jpg)
