Yapı Kredi Bankdan Ticarət Festivalına dəstək KAMPANİYASI
Bakıda ilk dəfə olaraq 10 Aprel-10 May 2017 tarixlərində keçirilən Bakı Ticarət Festivalı ölkəmizdə böyük maraqla qarşılanmaqdadır. Ticarət festivalları hər il dünyanın bir neçə şəhərlərində keçirilsə də, Azərbaycanda keçirilən festivalın əsas üstünlüyü alış-veriş edən həm yerli, həm də əcnəbi müştəriləriə ƏDV-nin geri qaytarılmasıdır.
Yapı Kredi Bank Azərbaycan da, Bakı Ticarət Festivalında iştirak edən müvəkkil banklardandır. Belə ki, müştərilər ƏDV-ni geri qaytarmaq istədikdə, Vergilər Nazirliyi tərəfindən təqdim edilən müvafiq faktura ilə Yapı Kredi Bank Azərbaycanın 3 filialına yaxınlaşaraq həm nağd, həm də qeyri nağd şəklində əldə edə bilərlər.
Nərimanov Metropark Filialı |
Ünvan:Azərbaycan, Bakı şəhəri. Təbriz Küçəsi, 106A |
İş qrafiki:Həftənin bütün günləri (tətil günləri daxil) |
Bazar Ertəsi - Cümə 09:00 - 22:00; Şənbə 10:00 - 22:00; Bazar 10:00 - 22:00 |
Səbail Filialı |
Ünvan:Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 69 |
İş qrafiki:Həftənin bütün günləri (tətil günləri daxil) |
Bazar Ertəsi - Cümə 09:00 - 22:00; Şənbə 10:00 - 22:00; Bazar 10:00 - 22:00 |
28 May Filialı |
Ünvan: Azərbaycan, Bakı şəhəri, Rəşid Behbudov küç.,8 |
İş qrafiki: Bazar Ertəsi - Cümə 09:00 - 17:00 |
Müvəkkil bank olaraq, Yapı Kredi Bank Bakı Ticarət Festivalının Azərbaycan iqtisadiyyatına tövhə verəcəyini düşünərək kredit kartı olan Worldcard müştəriləri üçün stimullaşdırıcı kampaniyalar və xidmətlər təklif etməkdədir.
Worldcard müştəriləri Bakı Ticarət Festivalında World-ə Üzv Mağazalarda etdikləri hissəli alış-verişlərin dəyərini iki aydan sonra ödəməyə başlayacaqlar. Mağazaların siyahısı ilə burada tanış olmaq mümkündür.
Worldcard Müştəriləri bütün mağazalarda etdikləri alış-verişləri hissələrə bölə biləcəklər. Bunun üçün alış-veriş etdikdən sonra telefonuna gələn kodu 9444-ə SMS-lə göndərmək kifayət edəcəkdir. Ətrafı məlumatı buradan almaq mümkündür.
“Yapı Kredi Bank Azərbaycan” QSC dünyanın 17 ölkəsində mövcud olan bankçılıq qrupunun üzvüdür. Səhmdarları UniCredit (İtaliya) və Koç Holdinq (Türkiyə) olan bank Azərbaycanda bankçılığın bütün sahələrində beynəlxalq təcrübəni tətbiq edir. Bank Azərbaycanda 11 filial, 24/7 fəaliyyət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq Məhsulu ilə müştərilərinə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 saat sonra
-
-
3 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
11 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
13 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"

















.jpg)



