Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-ın daha iki şirkəti neft hasilatını azaldır

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın daha iki şirkəti neft hasilatını azaldır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın daha iki şirkəti neft hasilatını azaltmağı planlaşdırır.

“Diamondback Energy” və “Parsley Energy” də ölkənin ən böyük neft yataqlarında hasilatı azaldır. Lakin bu şirkətlər qiymətin 30 dollar/barreli keçəcəyi təqdirdə yenidən istehsalın artırılacağını bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın “Exxon Mobil”, “Chevron” və “ConocoPhillips” şirkətləri iyun ayının sonuna qədər neft hasilatını gündəlik 660 min barrel azaltmağı planlaşdırdıqlarını açıqlayıb.

Xatırladaq ki, mayın 1-dən OPEC və bəzi qeyri-OPEC ölkələri (“OPEC+”) neft hasilatının məhdudlaşdırılması üzrə sazişin icrasına başlayıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, “OPEC+” ölkələri sutkalıq neft istehsalını may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldacaq.

“Morgan Stanley”ə görə, qlobal bazarda tədarük bolluğu, ehtimal ki, ən yüksək həddə çatıb. Lakin bazarda daha bir neçə həftə ərzində həddindən artıq tədarük olacaq.

Azərtac

07.05.2020 10:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18