Azercell yeni balans köçürmə imkanlarını təqdim edir!
(®️) “Azercell Telekom” MMC “Mobil ödəmə” və “Paycell” xidmətləri çərçivəsində yeniliklərə imza atır!
Abunəçilərin gündəlik həyatını müasir texnologiyalar və rəqəmsal həllər vasitəsilə asanlaşdırmağı hədəfləyən Azercell şirkəti yeni balans köçürmə imkanlarını təqdim edir.
Mobil operator innovativ “Mobil Ödəmə” xidmətinin funksionallığını növbəti dəfə genişləndirir. Artıq Fakturasız Xətt (SimSim) istifadəçiləri bu servisdən yararlanaraq öz nömrələrinin balansından həm Fakturalı, həm də Fakturasız Xətt nömrələrə 1 AZN-dən 50 AZN-dək vəsaiti hədiyyə edə bilərlər. Ay ərzində isə bir nömrədən digər nömrələrə köçürülən ümumi məbləğ 500 AZN həcmində təyin edilib.
Xatırladaq ki, “Mobil Ödəmə” xidmətini aktivləşdirmək üçün Azercell-in çoxfunksiyalı "KABİNETİM" mobil tətbiqini Playstore və ya Appstore-dan yüklədikdən sonra qeydiyyatdan keçərək, müvafiq elektron müqaviləni imzalamaq lazımdır.
Eyni zamanda, Azercell “Paycell” xidməti çərçivəsində də yeniliklərə imza atıb. Odur ki, 23 aprel tarixindən etibarən “Paycell” xidməti vasitəsilə istənilən Fakturasız Xətt nömrənin balansına 0.2 AZN, 0.5 AZN və 1 AZN-dən əlavə, həm də 2 AZN və 5 AZN vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Yeni təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd edib, 2 AZN məbləğində köçürmələr üçün 2206 qısa nömrəsinə, 5 AZN üçün isə 2208 qısa nömrəsinə mesaj göndərmək kifayətdir.
Hazırda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə Azercell “Mobil Ödəmə” və “Paycell” xidmətləri vasitəsilə icra edilən balans köçürmələri üçün əlavə xidmət haqqı tətbiq etmir.
“Mobil ödəmə” xidməti haqqında ətraflı məlumatla https://www.azercell.com/az/personal/services/payment_balance/mobile_payment/səhifəsinə keçid edərək tanış ola bilərsiniz.
“Paycell” xidməti haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/services/zero_balance_options/paycell/ səhifəsinə daxil olmağınız xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)






.jpg)




