Məcburi dövlət sosial sığorta haqqının dərəcələrinin azaldılması qəbul edildi
Sosial sığorta haqqında” qanuna dəyişiklik layihələri Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Sənəd barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
O bildirib ki, qanuna təklif edilən dəyişiklikdə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının dərəcələrinin azaldılması əksini tapıb.
Qüvvədə olan qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Hazırda minimum aylıq əməkhaqqı 250 manatdır. Başqa sözlə, hazırda sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 125 manat, digər sahələrdə isə 61-62 manat sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.
Layihəyə əsasən, bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahəsində 50 faizi deyil, 25 faizi, digər sahələrdə isə 25 faizi deyil, 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək.
2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.
Gələn il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə tikinti sahəsində məcburi dövlət sosial sığorta haqqı yenidən minimum aylıq əməkhaqqının 50 faizi miqdarına qaldırılır, 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi miqdarında sosial sığorta haqqının ödənilməsi yenidən bərpa edilir, ticarət sahəsində isə 50 faiz miqdarına qaldırılmayacaq, bu göstərici minimum aylıq əməkhaqqının 25 faizi miqdarında olacaq. 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.
Qanuna dəyişiklik müzakirələrdən sonra I oxunuşda qəbul edilib.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 20 saat əvvəl
-
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
23 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
23 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















