Ən yuxarı (mobil)-2_30

"Lukoil" neftin bahalaşacağını proqnozlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Lukoil" neftin bahalaşacağını proqnozlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın "Lukoil" şirkəti yeni "OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) razılaşması çərçivəsində neft hasilatını 18% və ya gündəlik 40 min ton azaldacaq.

"İnterfax"ın məlumatına görə, bunu şirkətin prezidenti Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə, "Lukoil" razılaşma işə düşəndən sonra neftin bir bareli üçün qiymətinin 30 ABŞ dollarınadək artacağını gözləyir.

Xəbər verildiyi kimi, "OPEC+" çərçivəsində Rusiya may-iyun aylarında hasilatı aprel ayı ilə müqayisədə 1,8 mln. barel (və ya 18%) azaltmalıdır.

Qeyd edək ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib. İlk mərhələdə (May- İyun) hasilat 9,7 milyon barel azaldılacaq.

APA

Lukoil neftin qiymıti Vahid Ələkbərov
20.04.2020 15:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18