“Azərpoçt” bir neçə ölkəyə poçt göndərişlərinin qəbulunu bərpa edib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən 18 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulu bərpa edilib.
MMC-dən Marja-ya bildirilib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla qurum tərəfindən yük aviaşirkəti ilə danışıqlar aparılaraq beynəlxalq poçt daşımaları barədə razılığa gəlinib.
Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Honqkonq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Malaziya, Niderland, Norveç, Koreya Respublikası, ABŞ, Ukrayna, Rusiya, Türkiyə və Sinqapura beynəlxalq poçt göndərişlərinin qəbulu bərpa olunub. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda, məlumatlar “azerpost.az” saytında yerləşdiriləcək.
Qeyd edək ki, hazırda xarici ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.
Xatırladaq ki, "Azərpoçt" MMC Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya qəbul olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırıldığı və mövcud reyslər təxirə salındığı üçün martın 16-dan beynəlxalq poçt göndərişlərinin qəbulunu dayandırmışdı.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















