Ən yuxarı (mobil)-2_30

Neft bu gün keçiriləcək görüş ilə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft bu gün keçiriləcək görüş ilə bahalaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Brent" markalı neftin qiyməti artmaqda davam edir. Qiymət artımı 3,7%-ə yaxın olub.

Bakı vaxtı ilə saat 13:00-da "Brent" neftinin bir bareli üçün iyun fyuçerslərinin qiyməti 3,68% artaraq 34,05 ABŞ dolları təşkil edib.

Reklam_3_11

WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 4,74% artaraq 26,28 dollara çatıb.

Qiymətlərin artımı "OPEC+"(Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) çərçicəsində bu gün keçiriləcək görüş ilə bağlıdır.

Qeyd edək ki, "OPEC+" iclası rəsmi olaraq 9 aprel tarixində Avstriya vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə 18:00) təyin edilib. Daha əvvəl video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünün aprelin 6-da keçiriləcəyi güman edilirdi, lakin sonra aprelin 9-na təyin edilib. Azərbaycan da bu görüşə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, martın 6-da "OPEC+" (OPEC – Neft İxrac edən Ölkələr Təşkilatı, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.

 

APA

09.04.2020 13:25
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18