Expressbank plastik kartlarının istifadə müddətini uzatdı
(®) Ölkəmizdə və dünyada koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar müşahidə olunan gərgin vəziyyətdə Expressbank müştərilərinin səhhətini diqqət mərkəzində saxlamağa davam edir.
Bank müştərilərinə nağdsız ödənişlərə üstünlük verməyi tövsiyyə edərək, banka gəlmə ehtiyaclarını azaltmaq məqsədi ilə mart, aprel və may aylarında istifadə müddəti bitən plastik kartlarının müddətinin iyul ayının 31-dək uzadılması haqqında məlumat yayıb. Ödəniş kartlarının istifadə müddəti Bank tərəfindən avtomatik və pulsuz uzadılır. Müştərilər bu kartlar ilə həm POS terminal və online kanallar vasitəsi ilə ödənişlərini reallaşdıra, həm də ATM-lərdən pulu nağdlaşdıra bilərlər.
Expressbank öz müştərilərinin ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının mövcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ online kanallarından istifadə etməyi tövsiyə edir:
Fiziki şəxslər üçün Express24 mobil əlavəsi
Yükləmə linki: https://www.expressbank.az/express24-app
Hüquqi şəxslər üçün internet banking xidmətləri:
Link: https://www.express24.az/
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)










.jpg)







