Unimetal şirkəti Fonda könüllü ödəmə etdi - MƏBLƏĞ
Unimetal şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat məbləğində könüllü ödəmə edib.
Şirkət koronavirusla mübarizə üçün dövlət tərəfindən atılan addımları yüksək qiymətləndirir və müvafiq tədbirlər görür.
Şirkətin iş yerlərində dezinfeskiya işləri mütəmadi olaraq aparılır, maska, əllərin yuyulması və spirtlənməsi qaydalarına əməl olunması üçün hər cür şərait yaradılıb. İşçilərin yarısından çoxu növbəli şəkildə və ya onlayn rejimdə işləyir.
Onlayn təmassız satışlar üçün sistemlər hazırlanır və artıq ilk tətbiqlər başlayıb. İşçilərin maaşları evdə qaldıqları dövrdə də tam ödənilir və ixtisarlar nəzərdə tutulmur.
Unimetal MMC metal məmulatlarının istehsalı və satışı ilə məşğul olan yerli istehsalçı şirkətdir. Şirkət Azərbaycanda tikinti, kənd təsərrüfatı, metal konstruksiya və kommunikasiya sənayeləri üçün uzun və yastı prokat təchizatçısıdır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.


Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)
