Bakıda 25-ci SOCAR istifadəyə verildi
Aprelin 11-də Bakının Nobel prospektində "SOCAR PETROLEUM" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus ən yüksək standartlara cavab verən, SOCAR brendli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bununla da respublikamızda SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 25-ə çatıb. Bununla bağlı keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər. R.Abdullayev Azərbaycan ərazisində SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin aktiv şəkildə genişləndiyi qeyd edib, bunun ölkə əhalisinin sosial rifahının durmadan yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb. SOCAR-ın prezidenti və tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şərait, YDM-in strukturu, burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olublar.
Bildirilib ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN” ödəniş terminalı, son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kolonkalar quraşdırılıb, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem kimi innovativ yeniliklər tətbiq edilib. “Super”, “Premium”, A-92 (benzin) və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə 5 yanacaqpaylayıcı kolonka quraşdırılıb, bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni vaxtda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Məntəqədə 40 nəfər işçi çalışır.
R.Abdullayev “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar arzulayıb, əmin olduğunu bildirib ki, QSC-nin əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcək, göstərilən etimadı doğruldacaqlar.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
18 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
-
3 saat əvvəl
Könüllü sığorta bazarı 13 %-dən çox, icbari sığorta bazarı 7 % böyüyüb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
Azot gübrəsi ixracında böyük artım






















