Subsidiyaların “Fermer kartlarına” köçürülməsinə başlanılıb
Artıq fermerlərin kart hesablarına 10 milyon 565 min manat əkin subsidiyası məbləği köçürülüb
2020-ci ildə payızlıq əkinlərə görə müəyyən olunmuş subsidiyaların mərhələli şəkildə “Fermer kart”larına köçürülməsinə başlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, bu günədək 30603 fermerin bank kartlarına ümumilikdə 10 milyon 565 min manat subsidiya məbləği köçürülüb. Subsidiya vəsaitlərinin kartlara yüklənməsi ilə bağlı www.eagro.az saytı vasitəsilə fermerlərin mobil nömrələrinə “Bəyan etdiyiniz əkin üzrə 2020-ci il əkin subsidiya məbləği hesabınıza köçürülüb, istifadə qaydaları ilə bağlı elektron kabinetinizə göndərilmiş bildirişdə tanış ola bilərsiniz” yazılmış xəbərdalıq mesajı göndərilib.
Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yaratdıqları şəxsi kabinetə göndərilmiş bildirişdə subsidiyanın hesablanması, məbləğdən istifadə təlimatları yer alıb. Təlimatda qeyd olunur ki, “Hesabınıza köçürülən əkin subsidiyası Sizə əkin altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı istehsal vasitələrinin (gübrə, biohumus, ting, pestisid) alınmasına sərf olunan xərclərinin bir hissəsini kompensasiya etmək məqsədilə verilir. Məbləğ bitki becərilən sahənin hər hektarına görə 200 manat baza məbləği bitki əmsdalına vurulmaqla hesablanıb və Sizin elektron ərizəniz təsdiqlənib. Siz əkin subsidiyası məbləğinin 25 faizini nağdlaşdıraraq (bank terminalından çəkməklə) digər istehsal xərcləriniz üçün, 75 faizini isə istehsal vasitələri satan təchizatçılarının post-terminalları vasitəsilə gübrə, toxum, ting, pestisid almaq üçün istifadə edə bilərsiniz. Gübrə və biohumus alışı zamanı sizin alacağınız gübrə və biohumusun 30 faizini öz hesabınıza, 70 faizini isə əkin subsidiyası hesabına ödəyirsiniz”.
Qeyd edək ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlərin payılıq əkin məlumatlarının yoxlanılması prosesi başa çatmaq üzrədir. Yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına “Fermer kart”ının verilməsi prosesi davam edir. Artıq 179209 ədəd “Fermer kartı” hazırlanaraq fermerlərə paylanılması üçün bölgələrə göndərilib. Bu günədək 60 mindən çox fermer “Kapitalbank”ın yerli filiallarına müraciət edərək “Fermer kartı” əldə ediblər. Kartların paylanılması prosesinin ən qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, hazırda EKTİS-də 472 min fermer qeydiyyatdan keçərək özələrinə şəxsi kabinet yaradıblar. Fermerlərin bitkiçilik sahəsində fəaliyyətə görə alacaqları subsidiyalara əsas təşkil edən torpaq sənədləri və payızlıq əkinləri barədə bəyanları sistemə daxil edilib.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 17 saat əvvəl
-
18 saat əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
-
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
1 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
1 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
1 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
1 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 1 gün əvvəl
-
1 gün əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Ən çox oxunanlar
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti






















