Dövlət-özəl investisiya fondu yaradıla bilər
Azərbaycanda kənd-təsərrüfatı sahəsində Dövlət-özəl investisiya fondu yaradıla bilər.
Bu fondun yaradılması Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi ilə nəzərdə tutulub.
“Dövlət-özəl investisiya fondunun yaradılması ilə bağlı təhlillər İqtisadiyyat Nazirliyi tərəfindən aparılacaq. Yaradılması məqsədəuyğun hesab edildikdə, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, fondun strukturu, həcmi və fond vəsaitlərinin gələcək istifadəsinə nəzarət edən monitorinq mexanizminin yaradılması ilə bağlı təkliflər hazırlayacaq”, - deyə sənəddə vurğulanır.
Strategiyada qeyd edilir ki, Azərbaycanda kənd təsərrüfatının sürətli inkişafını təmin etmək üçün dövlət və özəl tərəfdaşlığı əsasında maraqlı tərəflərin inteqrasiyası stimullaşdırılmalıdır. Bu baxımdan, kənd təsərrüfatı məhsullarının emalı sektoruna özəl investisiyaların cəlb edilməsi və emal müəssisələri ilə kənd təsərrüfatı istehsalı sahələrini özündə birləşdirən kompleks layihələrin həyata keçirilməsi emal sənayesi sahələrinin dəyər zənciri boyunca əlaqəli şəkildə inkişaf etməsinə imkan yaratmaq zəruridir.
“Azərbaycanda kompleks dövlət-özəl tərəfdaşlığının yaradılması 3 dəstək mexanizmi (torpaq, infrastruktur və maliyyələşdirmə) əsasında stimullaşdırılacaq. Torpaq mexanizminin həyata keçirilməsi üçün yararlı torpaqların müəyyən edilməsi məqsədilə torpaq sahələri araşdırılacaq və əsas məhsulların istehsalı və emalı üçün nəzərdə tutulan dövlət torpaqlarının istifadəsi təmin ediləcək. İnfrastruktur mexanizmində inkişaf etmiş infrastruktura malik olan, o cümlədən nəqliyyat şəbəkəsinə, suvarma və elektrik enerjisi təchizatı sistemlərinə çıxışı olan ərazilərdə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması üçün torpaq sahələrinin təmin edilməsi nəzərdə tutulur. Maliyyələşdirmə mexanizmi Azərbaycanda ixrac potensiallı məhsulların istehsalının artırılmasına kapital qoymaq məqsədilə seçilmiş və prioritet təşkil edən sənaye sahələrində həyata keçirilən kompleks layihələrin maliyyələşdirilməsini nəzərdə tutur”, - deyə sənəddə deyilir.
Belə sənaye sahələrinin müəyyən edilməsindən sonra maliyyə vəsaitinin ayrılması üçün hüquqi normativ baza və maliyyə strukturu yaradılacaq, seçim meyarları, potensial layihələr müəyyən ediləcək, o cümlədən investisiya təşviqi sənədi (maliyyə- iqtisadi əsaslandırma daxil olmaqla) hazırlanacaq.
2017-ci ilin birinci yarısında dövlət-özəl tərəfdaşlığı üçün nəzərdə tutulan dəstək paketinin təsdiqlənməsi və 2017-ci ilin ikinci yarısında investisiya təşviqi sənədinin hazırlanması və investorların müzakirələrə dəvət edilməsi gözlənilir. 2018- ci ilin birinci yarısında ilkin müzakirələrdən sonra fəaliyyətin icra mərhələlərinin və indikatorların müəyyən edilməsi nəzərdə tutulur. “Müəyyənləşdirilmiş indikatorların əldə edilməsi üçün 2020-ci ilə kimi 15 genişmiqyaslı kompleks layihənin həyata keçirilməsinə şərait yaradılmalıdır. Bu layihələr üçün nəzərdə tutulan xammalın 40%-i həmin layihələr çərçivəsində yaradılmış yeni təsərrüfatlardan, qalan hissəsi isə yerli istehsalçılardan alınacaq. Bu prioritetin həyata keçirilməsi üçün tələb edilən investisiya məbləği 325 mln. manatdır. Tələb edilən investisiya 2020-ci ildə bu prioritet üzrə görülən tədbirlərin real ÜDM-ə ümumilikdə 130 mln. manat olacağı proqnozlaşdırılır. Nəticədə, 7,25 min yeni iş yerinin açılacağı gözlənilir”, - deyə Strategiyada vurğulanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 12 saat sonra
-
7 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
-
-
8 saat əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
8 saat əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 10 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Ən çox oxunanlar
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat




















