Bank of Bak yeni əmək haqqı kartlarını təklif edir!
Bank of Baku, korporativ müştərilərinin, sahibkar və şirkət rəhbərlərinin əməyini - əməkdaşların aylıq məvacibinin verilməsi prosesini asanlaşdıracaq yeni əmək haqqı kartlarını təklif edir. Bu kartları əldə etməklə, şirkət rəhbərləri həm özlərinə, həm də əməkdaşlarına bir çox üstünlüklər və əlavə imtiyazlar qazandıra bilərlər.
ƏSAS ÜSTÜNLÜKLƏR:
-Şirkət mühasiblərinin banka gəlmədən maaşları internet bankinq vasitəsilə hesablara köçürmə imkanı;
-Bank of Baku ATM və POS-terminalları, eləcə də Millikart prosessinq mərkəzinə daxil olan bankların ATM-ləri vasitəsilə 0% komissiya ilə nağdlaşdırma;
-İstər ölkədaxilində, istərsə də, ölkəxaricində edilən istənilən alış-verişdə 15%-dək BAL qazanma – toplanılan BAL-lar daha sonra yeni alış-verişdə istifadə oluna bilər.
-Kart balansının 5 saniyə ərzində artırılması – Bank of Baku-nun cash-in ödəniş terminalları vasitəsilə kart sahibləri balanslarını istədikləri an artırmaq imkanına malikdilər.
Bank of Baku-nun əmək haqqı kartları korporativ müştərilərə aşağıdakı iki növdə təqdim edilir:
-Bolkart Gold Salary – rəhbər vəzifəli şəxslərə, baş mühasiblərə və ya onların vəzifələrini icraedən səlahiyyətli nümayəndələrinə;
-Bolkart Ailə Salary – digər bütün əməkdaşlara verilir.
Debet funksiyalı olan bu kartlar, sahiblərinə təkcə əmək haqqılarından deyil, eyni zamanda şəxsi vəsaitlərindən də rahat istifadə imkanı yaradır. Yəni, kart sahibləri 24/7 rejimində şəxsi pul vəsaitlərindən istifadə edərək kart balanslarını istədikləri an özləri artıra və ya heç bir komissiya haqqı tutulmadan nağdlaşdırma edə bilərlər.
Yuxarıda qeyd olunan üstünlüklərlə yanaşı, əmək haqqı kartı Bank of Baku-dan olan istənilən şirkətin əməkdaşlarına 3D secure, SMS bankçılıq, SMS məlumatlandırma, həmçinin İnternet Bankçılıq sisteminə qoşulma pulsuz olaraq HƏDİYYƏ edilir.
Kartların buraxılması və 4 illik xidmət haqqı isə sadəcə 8 AZN təşkil edir.
Bank of Baku-nun korporativ müştərilərinə təqdim etdiyi bu və digər xidmət və məhsulları haqqında daha ətraflı məlumatla, Bankın rəsmi internet ünvanındakı korporativ bankçılıq bölməsindən tanış ola bilərsiniz: http://bankofbaku.com/az/corporate/,
Daha ətraflı:
145 məlumat mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 43 d. əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
7 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı























