Azərbaycanda özəl arxiv xidməti fəaliyyətə başlayıb
Azərbaycanda sənədlərin arxiv saxlanılması xidmətini göstərən şirkət fəaliyyətə başlayıb. Marja xəbər verir ki, bu xidmət şirkətlərin ofislərində əlavə yer tutan sənədləri qəbul edərək etibarlı saxlayacağını vəd edir.
Qeyd edək ki, xidmət Almaniyanın REISSWOLF şirkətinin Azərbaycandakı nümayəndəliyi “REISSWOLF Azerbaijan” şirkəti tərəfindən təklif olunur.
Şirkətin Satış direktoru Rüstəm İsmayılovun Marja-ya verdiyi məlumata görə, cari ildən etibarən REISSWOLF şirkəti ilə Azərbaycanda tərəfdaşlıq əsasında bu 3 istiqamət üzrə fəaliyyəti həyata keçirməyə başlayırıq:
1.Sənədlərin fiziki arxiv saxlanılması: Koroğlu metro-stansiyasının yaxınlığında yerləşən Klass A anbar sahəmiz artıq fəaliyyətə başlamışdır (qeyd edim ki REISSWOLF şirkəti dünya üzrə təxminən 4.6 milyon qutuda 23 milyon sənəd qovluğu saxlayır);
2.Skanetmə və elektron arxiv: Şəhərin mərkəzində yerləşən ofisimizdən sənədlərin emalı xidməti həyata keçirilir (qeyd edim ki REISSWOLF şirkəti dünya üzrə ildə təxminən 60 milyon sənədi skan edir);
3.Sənədlərin məhv edilməsi: bu xidmət yaxın gələcək üçün planlaşdırılır (qeyd edim ki REISSWOLF şirkəti dünya üzrə ildə təxminən 190 min ton sənədi məhv edir).
Rüstəm İsmayılov əlavə etdi ki, “REISSWOLF Azerbaijan”ın saxlanc xidmətindən istifadə edərək, bu üstünlüklərə malik ola bilərsiniz:
-Şəhər mərkəzinə daha yaxın anbar xidməti
-Anbarda beynəlxalq standartlara uyğun şərait
-Sorğu olduqda, arxiv sənədlərinin daha tez tapılma imkanı
-Ehtiyac olduqda, fiziki sənədlərin elektronlaşması
Qeyd edək ki, REISSWOLF şirkəti 30 il əvvəl Almaniyanın Hamburq şəhərində əsası qoyularaq, hal-hazırda sənədlərin fiziki və elektron arxivi sahəsində, eləcə də sənədlərin məhv olunması üzrə Avropada ilk 5 şirkətdən biridir. Dünya üzrə 1600 nəfərə yaxın işçi qüvvəsinə malik olaraq, Avropa, Asiya və Afrikanın 30-a yaxın ölkəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















