Azərbaycan xarici turizm şirkətləri üçün platforma istifadəyə verəcək
Azərbaycanda ilk dəfə olaraq xarici turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizin turizm potensialı haqqında “e-öyrənmə” (“e-learning”) – onlayn məlumatlandırma və öyrənmə platforması istifadəyə veriləcək.
“E-öyrənmə” platforması Azərbaycana turizm məqsədli səfərlərin təşkili və satışı ilə məşğul olan xarici şirkətlərə Azərbaycan haqqında ətraflı məlumat verməklə yanaşı, ölkənin yeni turizm imkanları haqqında geniş informasiya təqdim edən onlayn kurs rolunu oynayacaq.
Burada Azərbaycanın turizm əhəmiyyətli yerləri, tarixi məkanları, mədəniyyəti, mətbəxi, mədəni irsi, memarlıq nümunələri, təbiəti, iqlimi, əhalisi, dili, milli bayramları, adət-ənənələri və s. bu kimi məlumatlar yalnız yazı şəklində deyil, həmçinin audio və video formatda istifadəçilərə təqdim olunacaq.
Kursun sonunda öyrənilmiş biliklərin yoxlanılması məqsədilə verilən suallara müəyyən vaxt limiti çərçivəsində uğurla cavab verən iştirakçılar müvafiq sertifikatla təmin olunacaqlar.
Onlayn platformanın təqdimatı aprel ayının 29-da Bakı Konqres Mərkəzində keçiriləcək “Travel Businness Azerbaijan 2020” işgüzar forumu çərçivəsində baş tutacaq. Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçiriləcək “Travel Businness Azerbaijan 2020” işgüzar forumuna qeydiyyat davam edir.
Tədbir Avropa, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyadan 400-dən artıq turizm agentlikləri və tur operatorların, eyni zamanda işgüzar turizm üzrə ixtisaslaşan şirkətlərin, müxtəlif hava yolları şirkətlərinin nümayəndələri və rəhbərlərini yerli turizm sənayesi iştirakçıları ilə bir araya gətirəcək.
Hazırda 150-dən çox yerli turizm şirkəti, hotellər, aktiv növ istirahət turizmi (atçılıq, qolf, xizəkçilik, “off-road” turları və s.) təşkilatçıları daxil olmaqla Azərbaycan turizm sənayesinin nümayəndələrinin qeydiyyatı təsdiqlənib.
Tədbirdə öncədən təyin olunmuş görüş cədvəli çərçivəsində B2B (Biznesdən biznesə) görüşlər keçiriləcək, şirkətlərə öz xidmətlərinin təqdimatını etmək üçün imkan yaradılacaqdır.
Forumda iştirak etmək üçün qeydiyyat həm yerli, həm də xarici şirkətlər üçün onlayn şəkildə https://travelbusiness.az/ saytı vasitəsilə həyata keçirilir.
İlk dəfə keçirilən “Travel Businness Azerbaijan” eyni zamanda gələcəkdə ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















