“Sədərək” Ticarət Mərkəzində yanğın - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən verilən xəbərə görə, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş verib. Yanğın 600-700 kvadratmetr sahəni əhatə edib.
Yanğın saat 08:57 məhdudlaşdırılıb, saat 09:05 söndürülüb.
Hazırda yanğın yerində soyutma və kiçik konstruktiv materialların söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.
Hadisə səhər saatlarında qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Lakin yanğın hadisəsi bazarın mərkəzində baş verdiyindən yanğınsöndürən maşınlar alovun olduğu əraziyə daxil olmaqda çətinlik çəkirlər. Artıq alov bir neçə mağazanı bürüyüb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Dölət Yanğından Mühafizə xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.
Yanğının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
XXX
Bu dəqiqəyə qədər “Sədərək” Ticarət Mərkəzində 1 000 kvadratmetrdən çox ərazi yanıb.
Yanğınsöndürmə işləri davam etdirilir.
Hadisə yerinə helikopter də cəlb olunub.
XXX
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
"Yanğın məhdudlaşdırılıb. Əlavə məlumat veriləcək",- məlumatda deyilir.
Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
XXX
Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın yerinə 5 təcili yardım briqadası göndərilib.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, 8 nəfərə hadisə yerində yardım göstərilib.
Hadisə zamanı başından xəsarət (travma) alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını təqdim edib!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 10 d. əvvəl
-
- 21 d. əvvəl
- 26 d. əvvəl
- 48 d. əvvəl
-
55 d. əvvəl
“ŞKODA Daşımalar”ın daxil olduğu qrup Azərbaycanda istehsal üçün hazırdır"
-
59 d. əvvəl
"Biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, müqavilə imzalamaq istəyir"
-
1 saat əvvəl
Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini “Money20/20 Asia 2026” qlobal səhnəsinə daşıdı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Hökumətdən Aİ-92 benzini və dizel yanacağı ilə bağlı qərar
Çexiya Azərbaycana yeni “L-39NG” təyyarəsini təklif edir
Azərbaycan şirkətləri Çexiya şirkətlərilə anlaşdı
"Biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, müqavilə imzalamaq istəyir"
Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Supermarketlər şəbəkəsi Şəkidə 3-cü mağazasını açıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini “Money20/20 Asia 2026” qlobal səhnəsinə daşıdı
Ziraat Bank Azərbaycan Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını təqdim edib!
Bank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDUR!
İclas keçirilib, Bakı metrosunun fəaliyyəti müzakirə olunub






.jpg)
.jpg)





.jpg)






