Azərbaycana gələn turistlərin sayı 18% artıb - ƏRƏB VƏ MDB ÖLKƏLƏRİNDƏN AXIN
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 30,0 faizi Rusiya Federasiyası, 28,2 faizi Gürcüstan, 10,6 faizi Türkiyə, 5,8 faizi İran, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Küveyt, hər birindən 1,4 faiz olmaqla Qazaxıstan və Pakistan, 1,1 faizi Türkmənistan, 0,9 faizi İraq, hər birindən 0,8 faiz olmaqla Böyük Britaniya və İsrail, 7,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil etmişdir.
Ölkəmizə 2020-ci ilin yanvar ayında gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (4,2 dəfə), İsrail (2,6 dəfə), Hindistan (80,2 faiz), Küveyt (73,3 faiz), Bəhreyn (69,8 faiz), Malayziya (62,5 faiz), Çin (54,0 faiz), Macarıstan (42,9 faiz), Belarus (29,5 faiz), Moldova (28,6 faiz), Yaponiya (26,6 faiz), İran (26,4 faiz), Cənubi Koreya (21,7 faiz), Ukrayna (21,1 faiz), Rusiya Federasiyası (20,4 faiz), Qazaxıstan (19,6 faiz) və Pakistan (15,3 faiz) vətəndaşları arasında qeydə alınmışdır.
2020-ci ilin yanvar ayında Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 21,2 faiz artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,4 faiz artaraq 80,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı isə 1,0 faiz artaraq 5,9 min nəfər olmuşdur
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,1 faizi dəmir yolu və avtomobil, 35,0 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
























