“Hər 1000 vergi ödəyicisindən yalnız 2-sində yoxlama aparmışıq”
Vergi orqanı daha az yoxlayıb, daha çox vergidən yayınma aşkarlayıb.
“Vergi Administrasiyası sərt nəzarətə və yoxlamalara deyil, vergi ödəyicilərinin könüllü şəkildə vergi öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə üstünlük verir”.
“Marja”nın məlumatına görə, bunu “Vergi islahatları: birlikdə kölgədən işığa doğru” mövzusunda konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, vergi yoxlamalarının sayı əhəmiyyətli şəkildə azalıb:
“Aktiv fəaliyyət göstərən hər 1000 vergi ödəyicisindən yalnız 2-sində səyyar vergi yoxlaması aparılıb. Əvvəlki illə müqayisədə yoxlamaların sayı 44% azalıb, lakin vergi ödəyicilərinin fəaliyyətlərinin risk modolları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalardan əsaslanaraq aşkarlanması sayəsində əlavə hesablanmış məbləğlər 18% artıb. Vergi daxilolmalarının 91%-i könüllü ödəmələrinin payına düşür, daxilolmaların cəmi 9% müxtəlif nəzarət tədbirlərinin hesabına təmin edilir”.
Mikayıl Cabbarov əlavə edib ki, rəhbərlik etdiyi Nazirlik sahibkarları dinləməyə və qarşılaşdığı problemləri həll etməyə hazırdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























