ƏDV-nin qaytarılması bu bank filiallarında həyata keçiriləcək
Aprel ayının 10-dan etibarən 1 ay müddətində Bakıda ilk dəfə olaraq keçiriləcək “Bakı Ticarət Festivalı” dövründə alınmış mallara görə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması 5 bankın 15 filial və şöbəsi tərəfindən həyata keçiriləcək.
Palatadan “Marja”ya daxil olmuş məlumata görə, Festivalın keçiriləcəyi ticarət mərkəzlərində və hava limanlarında bölmələrinin olması, habelə turistlərə bank xidmətlərinin göstərilməsi üzrə təcrübələri nəzərə alınaraq müvəkkil bank qismində “Kapital Bank” ASC, “Bank Silk Vey” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “YapıKredi BankAzərbaycan” QSC və “PAŞA Bank” ASC müəyyən edilib.
“Bakı Ticarət Festivalı”-nın dövlət əhəmiyyəti və iqtisadi faydası nəzərə alınaraq valyuta mübadiləsi əməliyyatları daxil olmaqla, digər bank xidmətlərinin yüksək keyfiyyət və operativ həyata keçirilməsinə dair banklara bütün lazımi resursların ayrılması və əməkdaşların bu sahədə təlimatlandırılması tapşırılıb.
“Bakı Ticarət Festivalı” zamanı Azərbaycan vətəndaşlarıyla yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ƏDV-ninqaytarılması müvəkkil bankların aşağıdakı filial və şöbələri tərəfindən həyata keçiriləcək:
Adı | Filial və ya şöbə | Ünvan | Yaxın Ticarət Mərkəzi |
“PAŞA Bank” ASC | Port Baku şöbəsi | Neftçilər prospekti 53 | Port Baku TM daxilində |
“Kapital Bank” ASC | “Gənclik Mall” filialı | Fətəli Xan Xoyski prospekti | “Gənclik Mall” TM daxilində |
“28 may filialı” | Azadlıq prospekti 26 | “28 Mall” TM yaxın | |
“YapıKrediBank Azərbaycan” QSC | “Nərimanov Metropark” filialı | Təbriz küçəsi, 106A | “Metropark” TM daxilində |
Səbail filialı | Nizami küçəsi 69 | “Nərgiz Mall” TM yaxın | |
28 May fililalı | Rəşid Behbudov küçəsi 8 | “Park Bulvar” TM və “28 Mall” TM yaxın | |
“Azərbaycan Sənaye Bankı” ASC | Baş ofis | Zərifə Əliyeva 3 | “Nərgiz Mall” TM yaxın |
“Park Bulvar” filialı | Neftçilər pr-ti. Dənizkənarı Bulvar | “Park Bulvar” TM daxilində | |
“Bank Silk Vey” ASC | Baş ofis | Həsən Əliyev küç., 131A | “Gənclik Mall” TM yaxın |
1 №-li filial | Nizami küç., 142A | 28 Mall TM yaxın | |
Havalimanları və Dəniz limanı “tax free” bölməsi | |||
1 saylı şöbə | H.Əliyev adına Beynəlxalq Hava Limanı 1 saylı Terminal | Gömrük keçid məntəqəsindən sonra | |
Gəncə filialı | Gəncə Beynəlxalq Hava Limanı | Hava limanında | |
Lənkəran filialı | Lənkəran Beynəlxalq Hava Limanı | Hava limanında | |
Mübadilə şöbəsi | Qəbələ Beynəlxalq Hava Limanı | Hava limanında | |
Şəhər Dəniz limanında tax free bölməsi | Şəhər Dəniz limanı | Gömrük keçid məntəqəsindən sonra | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 43 d. əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
7 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
























