Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Agentlik Xudat xəstəxanası barədə məlumatlara aydınlıq gətirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Agentlik Xudat xəstəxanası barədə məlumatlara aydınlıq gətirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında əsassız məlumatlar yayılmışdır.

 

Reklam_3_11

Bu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında deyilir.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla əlaqədar bildirir ki, Agentliyin nümayəndələri tərəfindən Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilmiş və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi barədə qərar qəbul olunmuşdur.

 

“Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmamışdır. Əksinə icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əməkhaqlarına əlavələrin hesablanması qaydası təsdiqlənmişdir”,- məlumatda deyilir.

06.02.2020 13:27

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18