“Mənim bankdakı pulumun qədərini niyə palata bilməlidir?”
Millət vəkili Əli Məsimli “Banklar haqqında” qanunun müzakirəsi zamanı çıxış edib.
“Marja” “Qafqazinfo”ya istinadən verir ki, o, çıxışında qeyd edib ki, qanunla Maliyyə Bazarlarına Nəzarət Palatasının bununla xeyli səlahiyyət verilir: “ Ancaq biz hüquqi dövlət qururuq. Kim deyə bilər ki, Palata ona verilən səlahiyyətdən sui-istifadə etməyəcək? Axı, belə bir qarantiya yoxdur”.
Eyni zamanda millət vəkili təklif edib ki, əgər banklar hər hansı addım atmaq istəyirlərsə, 1000 dollara qədər olan kreditləri may ayının 28-dək bağlasınlar: “Hökumət də bunu görsün və uyğun addım atsın”.
Millət vəkili Qüdrət Həsənquliyev isə bankların müştərilərininin sirlərinin açılmasına etiraz edib. Eyni zamanda, bu sirləri açacaq səlahiyyətlərin Palataya verilməsini kəskin pisləyib.
“Mənim bankda nə qədər pulum varsa, niyə bunu Palata bilməli və kimlərəsə deməlidir? Əgər şübhələr olarsa, bunu hüquq-mühafizə orqanları araşdıra bilər. Burada bank sirləri qorunmalıdır. Belə olarsa, hamı pullarını aparıb İsveç banklarında saxlayacaq. Prezident isə çıxışında vurğulayır ki, hər kəs əmanətlərini ölkə banklarında saxlamalıdır. Ancaq Palataya verilən səlahiyyət bunun əksini deyir”.
Millət vəkili çıxışında həmçinin məhkəmə qərarı olmadan bankın lisenziyasının ləğv olunması səlahiyyətlərinin də Palataya verilməsinə də etiraz edib: “Bununla nə etmək istəyirik?”
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
-
46 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək

























