"Azərbaycandan tibbi zəli ixracının artacağı gözlənilir"
"Bir pəncərə" İxraca Dəstək Mərkəzi 2018-ci ildə 150 milyon ABŞ dolları civarında ixrac həyata keçirirsə, ötən il bu rəqəm 140,4 milyon dollar təşkil edib.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, İxraca Dəstək Mərkəzi vasitəsilə edilən ixrac əməliyyatları ölkə üzrə ümumi ixracın təxminən 10%-ni təşkil edir.
"Mərkəzə müraciət edən sahibkarlıq subyektləri arasında həm dövlət həm qeyri dövlət şirkətləri var. Bundan əlavə, 2020-ci ilin yanvar ayı ərzində 12,5 milyon dollar civarında ixrac həyata keçirilib. Bizə müraciət edən şirkətlərin tərkibində dövlət və qeyri-dövlət şirkətləri var ki, biz onların ixracı fəaliyyətləri üçün sənədləşmə həyata keçiririk. İxrac edilən məhsullar arasında polad, armatur yayması, polad boru, qiymətli külçələr, tikinti materialları, meyvə şirələri, niyam kökü, pambıq tullantısı və qənnadı məmulatlarıdır. Bundan başqa, qeyri-ənənəvi məhsullar da ixrac edilir ki, onların sırasında tibbi zəlilərin də ixracını qeyd etmək olar", - deyə N. Hacızadə qeyd edib.
O həmçinin əlavə edib ki, tibbi zəli ilə bağlı ixracın artacağı gözlənilir. Hazırda bir neçə regionlar var ki, sırf bu fəaliyyətini genişləndiriblər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
46 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
56 d. əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
1 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI





















