FRM-l imtahanına hazırlıq kursu üzrə qeydiyyat başladı!
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi keyfiyyətli təhsil xidmətlərinə və çoxsaylı uğurlarına güvənərək, maliyyə risklərinin idarə edilməsi sahəsində professional olmaq və nüfuzlu FRM dərəcəsini qazanmaq üçün Sizlərə FRM-l imtahanına hazırlıq kursunu təklif edir!
Hazırlıq kursu 2017-ci il may ayından noyabr ayına qədər davam edəcək.
Kursun başlama tarixi: 28 may 2017-ci il
Dərs günləri: Çərşənbə və bazar günləri
Vaxt: 1) Çərşənbə günü: 19:00 – 21:30
2) Bazar günü: 10:00 – 12:30
Təlim proqramı GARP (Global Association of Risk Professionals) institutu tərəfindən təşkil olunan FRM-I sertifikasiya imtahanına hazırlıq kursudur. FRM proqramı (Financial Risk Manager) maliyyə və risk menecment sahələri üzrə dünyanın nüfuzlu maliyyə institutları tərəfindən tanınan peşəkar kvalifikasiyadır. Proqram risk üzrə 4 sahəni əhatə edir:
Kəmiyyət analizi (QuantitativeAnalysis);
Risklərin idarə edilməsininəsasları (Foundations of Risk Management);
Maliyyə bazarı və alətləri (Financial Markets and Products);
Qiymətləndirmə və risk modelləri (Valuation and Risk Models)
FRM kvalifikasiyasına sahib olmaq üçün ingilis dilində 2 mərhələdə imtahan vermək və həmçinin risklərlə bağlı 2 illik iş təcrübəsinə sahib olmaq lazımdır. FRM proqramı maliyyə, risklərin idarə edilməsi, portfel meneceri, analitika, audit sahələrini əhatə edir.
FRM-I imtahanına hazırlıq kursu zamanı Siz maliyyə, risk meneceri kimi peşəkar fəaliyyətinizdə uğur qazanmaq üçün praktiki biliklər əldə edəcək, peşəkar imkanlarınızı genişləndirməyə imkan yaranacaqdır. FRM beynəlxalq sertifikatına malik olan və risklərin idarə edilməsinin praktik alətlərinin tətbiqini bilən şəxs dünyanın istənilən ölkəsində karyera inkişafında üstünlüklər əldə edəcəkdir.
FRM proqramı haqqında ətraflı məlumat əldə etmək üçün növbəti səhifəyə daxil ola bilərsiniz: http://www.garp.org/#!/frm_program_exams/
Tədris dili: İngilis
Kursun qiyməti: 270 AZN (aylıq) (dərs vəsaitləri, kofe-breyklər daxil)
Kursun ümumi qiyməti: 1688 AZN
* Fiziki şəxslər üçün hissəli ödəniş mümkündür.
* Sayı birdən çox olan eyni şirkət nümayəndələrinə korporativ endirimlər edilir.
Kursun ümumi müddəti 125 saat olmaqla cəmi 6 ay davam edəcək və 12 noyabr 2017-ci il tarixində başa çatacaq. İlk 110 saat müddətində FRM-l proqramı geniş şəkildə tədris ediləcək, son 10 saat ərzində isə yalnız testlər üzərində praktiki məşğələlər aparılacaqdır. Həmçinin təlim zamanı da müntəzəm olaraq testlər təşkil olunacaqdır.
"FRM-l" imtahanı üzrə hazırlıq kursu haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://cmtc.gov.az/az/frm-1-imtahanina-hazirliq-kursu
Təlimçilər:
1) Sabit Rəhimov – FRM http://cmtc.gov.az/az/telimciler/26
2) Orxan Mansurov – FRM, CQF http://cmtc.gov.az/az/telimciler/32
3) Təbriz Əhmədov - FRM http://www.fmtc.az/az/telimciler/48
Hər bir təlimçi FRM-l imtahanına hazırlıq kursunun müxtəlif hissələrini tədris edəcək. Dərslər Maliyyə Bazarı üzrə Təlim Mərkəzində keçiriləcəkdir. Dərslərin keyfiyyətinə Mərkəzimiz zəmanət verir! Təlim proqramımızı müvəffəqiyyətlə tamamlayan tələbələr FRM-l imtahanından hazır və sərbəst şəkildə keçəcəklər.
Onlayn qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: http://cmtc.gov.az/az/frm-1-imtahanina-hazirliq-kursu
Bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
(+994)12 498 16 77
(+994)70 272 99 79
(+994)55 672 99 79
[email protected]
www.fmtc.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 d. əvvəl
- 30 d. əvvəl
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
-
1 saat əvvəl
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi dəyişdi - SƏRƏNCAMLAR
-
2 saat əvvəl
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Regional" BOKT-ın 16% gəlir təklif edən istiqrazlarını 54 investor əldə etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Intel-in gəliri 3-cü rübdə artıb
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rusiya Mərkəzi Bankı inflyasiya proqnozu pisləşdirib
Ən çox oxunanlar
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Naxçıvanda duz istehsalı dayandırılıb
“AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq
Putin Əliyevə zəng etdi
AFB Bank ilk dəfə kredit götürənlərə özəl “Xoş Gəldin” kampaniyası
Prezident Yardımlı üçün pul ayırdı - SƏRƏNCAM














.jpg)










.jpg)

