"İranla Azərbaycanı bağlayan dəmir yolu ilə taxıl ixrac edəcəyik"
“Biz Azərbaycanla əməkdaşlıqda çox maraqlıyıq. Azərbaycan Çindən sonra Stavropol vilayətinin ən böyük ticarət tərəfdaşıdır”.
Bu sözləri açıqlamasında Bakıda keçirilən XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə qatılan Rusiyanın Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov deyib. O, sərgidə Stavropol vilayətindəki sanatoriyaların təqdim edildiyini bildirib: “Çox istəyirik ki, azərbaycanlılar gəlib orada istirahət etsinlər. Eyni zamanda, bizimlə birlikdə tur operatorları da Azərbaycana gəlib. Biz, eyni zamanda, Stavropol sakinlərinin gəlib Qəbələdə, Naftalanda istirahət etmələrini də istəyirik. Əməkdaşlıq etdiyimiz digər sahə taxıl satışıdır. Azərbaycan dinamik şəkildə inkişaf edir. İranla Azərbaycanı bağlayan dəmir yolu xətti tikilir. Biz öz taxılımızın ixracı və tranziti üçün bu marşrutda çox maraqlıyıq. Ola bilər ki, bu, sonra Hindistana da çıxış xətti ola bilər. Bu barədə danışıqlar aparmışıq. Ümid edirəm ki, razılaşmalarımız həyata keçiriləcək və biz bu xətlə İrana taxıl ixrac edə biləcəyik. Əməkdaşlığımızın digər bir sahəsi də mədəniyyətdir. Dil baryerinin olmaması bizə Azərbaycanda çox kömək edir. Mədəniyyət mübadiləsi bizim üçün çox vacibdir”.
© APA
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
10 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
24 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 47 d. əvvəl
- 50 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"



















