"Liviyanın neft ixracının dayandırması Azərbaycan neftinin qiymətini artıra bilər"
Liviyanın neft ixracının dayandırması "Azeri Light" (CIF) markalı neftin qiymətini artıra bilər.
"S&P Global Platts"ın verdiyi məlumata görə, Liviyanın əsas neft yataqları və ixrac terminalları gərgin siyasi vəziyyət səbəbindən bağlı qalmağa davam edərsə, ölkə xam neft hasilatını 10 dəfədən çox azaltmağa məcbur olacaq və bu da Azərbaycanın "Azeri Light" (CIF) markalı neftinin qiymətinin artmasına gətirib çıxaracaq.
Bundan əlavə, Əlcəzairin "Saharan Blend" və Qazaxıstanın "CPC Blend" markalı neftinin qiymətlərinin də artması gözlənilir.
Qeyd edək ki, bir həftə öncə başlayan blokadayadək OPEC-in üzvü olan Liviyanın gündəlik xam neft istehsalı təqribən 1,2 mln. barel təşkil edirdi. "S&P Global Platts"ın məlumatına görə, belə bir mühüm keyfiyyətli xam neft ixracatçısının bazardan çıxması neftə olan qiymətləri artıq yanvarın 20-dən etibarən artırıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
5 d. əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 10 d. əvvəl
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb




















