Gürcüstan ilə Türkiyəyə gediş-gəliş vaxtı azalacaq
Gürcüstan Avtomobil Yolları Departamenti və tenderdə qalib gəlmiş Çinin “Guizhou Highway Engineering Group” və “China National Technical Import and Export Corporation” şirkətləri arasında Fransa Brestini Orta Asiya ilə birləşdirən E-60 “Şərq-Qərb” Avropa nəqliyyat dəhlizinin Gürcüstan hissəsinin ən çətin hissəsinin inşa edilməsi üzrə saziş imzalanıb.
Bu barədə departamentin saytında bildirilir.
Dəhlizin E-60 hissəsi Rikotski aşırımından keçir və Şorapani-Arqveti avtomobil yolunun bir hissəsidir. 14,7 km uzunluğunda olan ən çətin hissədə dördzolaqlı sement-beton yol, 14 körpü və 12 tunel tikilməlidir.
Gürcüstanda E-60 Qara dəniz sahilindəki Poti limanında başlayır və Azərbaycanla sərhəddə bitir, yolun ümumi uzunluğu 392 kilometrdir. Avropanın ikinci ən böyük nəqliyyat dəhlizi Qırğızıstanın İrkeşhtam şəhərində başa çatır.
Ümumilikdə Rikotski aşırımında 51,6 km uzunluqda yolun inşası planlaşdırılır. Məqsəd Azərbaycanla sərhəddəki “Qırmızı körpü”dən Acarıstan tərəfdən Türkiyə ilə sərhəddəki Sarpi kəndinə gediş-gəliş vaxtını ikiqat azaltmaqdır. Hazırda bu məsafəni avtomobil ilə 8 saata getmək olur.
Yolun tikintisi 2022-ci ilin iyununda başa çatdırılmalıdır.
Layihə Gürcüstana 202 milyon dollardan çox kredit ayıran Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)





.jpg)
