Azərbaycanın dövlət şirkəti qızıl və gümüş istehsalını artırıb

2019-cu ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasilat göstəriciləri 55 min unsiya qızıl və 103 min unsiya gümüş olmuşdur. QSC-nin yaydığı məlumata görə, bu göstərici 2018-ci il ilə müqayisədə 9.74 min unsiya (21.3%) qızıl və 25.74 min unsiya (33.2%) gümüş çoxdur.
2019-cu ildə “AzerGold” tərəfindən beynəlxalq bazarda 59.6 min unsiya qızıl və 110.9 min unsiya gümüş satılmışdır. Bu göstərici isə 2018-ci il ilə müqayisədə 14.6 min unsiya (33%) qızıl və 34.6 min unsiya (47%) gümüş çoxdur.
“AzerGold” QSC-nin hasilat və satış göstəricilərində olduğu kimi bütün növ vergi ödənişlərində də artım qeydə alınmışdır. Belə ki, 2019-ci ildə dövlət büdcəsinə ümumilikdə 13 milyon 487 min 739 AZN vəsait ödənilib. Ötən il bu məbləğ 12 milyon 644 min 465 AZN təşkil etmişdir. 2019-cu ildə büdcə ödənişləri ötən illə müqayisədə 843 274 AZN, yəni 6.67% artmışdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
13 d. əvvəl
Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb
-
- 33 d. əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Rəsmi məzənnələr açıqlandı

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
