"Həmin ərazilərdə tikinti işləri aparılmasının qarşısı alınmalıdır"
Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır. Ümumilikdə, son illərdə Bakının torpaq sürüşməsi təhlükəsi olan ərazilərində dəfələrə analoji hadisələr baş verib. Ən çox aktivlik müşahidə olunan ərazilərdən biri də Bayıl qəsəbəsidir. Burada baş verən torpaq sürüşmələri digər fəsadlarla yanaşı, paytaxtın giriş yollarından birinin sıradan çıxması ilə nəticələnir.
Ötən gün Badamdar qəsəbəsi-20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə nəticəsində də həmin yoldan istifadə tamailə dayandırılıb.
Mütəxəssislər hesab edirlər ki, bu cür sürüşmə aktivliyinin yaranması təbii amillərdən daha çox insan fəaliyyətinin nəticəsində yanarır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Rəfail Abdullayev açıqlamasında deyib ki, insan fəaliyyəti sürüşmə təhlkəsi olan ərazilərində aktivliyin artmasına və sürüşmələrə səbəb olur.
Onun fikrincə, Bakının Səbail rayonu ərazisində baş verən sürüşmənin də əsas səbəbləri bu faktorla bağlıdır:
“Sürüşmə təhlükəsi olan ərazidə tikinti işlərinin aparılması, xüsusilə, tikinti normativlərinə əməl edilməməsi sürüşmə zonasının həddən artıq yüklənməsinə səbəb olur. Bununla yanaşı, kanalizasiya sularının bu əraziyə axıdılması aktivliyi sürətləndirir və prosesə təkan verir”.
Mütəxəssis deyir ki, bu kimi ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. “Təsəvvür edin ki, yamacın ətəyində qazıntı işi aparırsansa, yuxarı hissədəki torpağın sürüşərək, həmin yeri tutması qaçılmazdır. Çünki yerin strukturu və dayanıqlığı itir və torpaq sürüşərək aşağı tökülür”.
R.Abdullayein sözlərinə görə, bundan sonra həmin ərazilərdə tikinti işləri aparılmasının qarşısı alınmalıdır ki, torpağın dayanıqlılığı qalsın.
AMEA əməkdaşı bildirir ki, sürüşmə zonasının aktivləşməsinə təbii amillərin də təsiri var, ancaq, insan fəaliyyəti nəticəsində təsiretmə ilə müqayisədə arxa planda qalır.
Məsələ ilə bağlı rəsmi qurumlar münasibət bildirmək istəməyib.
Qeyd edək ki, bu ərazinin sürüşmə təhlükəsində olduğu məlum olsa son onilliklər ərzində burada çox sayda yaşayış evləri və obyektlər tikilib.
Son illərdə artan aktivlik sürüşmə təhlükəsi bu ərazidə tikilən evlərdə yaşayan insanların da həyatını riskə atır. Bu səbəbdən, ötən il Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan 92 ailənin köçürülməsi üçün sərəncam imzalanıb. Həmin ailələrin hər biri müvafiq qaydada kompensasiya nəzərdə tutulub və bu məqsədlə 9 201 533 manat vəsait ayrılıb.
Ortaya çıxan mənzərə oldur ki, vəzifəli şəxslərin maddi və ya başqa maraq qarşılığında özbaşına tikililərin kütləviləşməsinə yol verməsi, insanların həyatını risk qarşısında qalması və dövlətin milyonlarla əlavə xərcə düşməsi ilə nəticələnir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)
