Səhiyyə idarələri və tibb müəssisələri TƏBİB-in tabeliyinə verildi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmana dəyişiklik edib.
"Marja" xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Bakı Şəhər Dezinfeksiya Stansiyası və onun bölmələri, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun filialları, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, Analitik Ekspertiza Mərkəzi, “Azərtibbtəchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti, İnformatika və Statistika İdarəsi, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi, psixiatrik və narkoloji xidmətlər göstərən tibb müəssisələri, habelə körpələr evləri istisna olmaqla) TƏBİB-in tabeliyinə verilib.
Fərmanda qeyd olunub ki, TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini (işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi istisna olmaqla) TƏBİB həyata keçirir.
TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.4-cü maddəsində qeyd olunan publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini (işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqinə münasibətdə) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
31 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
2 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
























