Qurduğu şirkətdən tamamilə ayrılır
"Uber Technologies" şirkətinin keçmiş icraçı direktoru (CEO-su) Travis Kalanick idarə heyətindən də ayrılır. O, 10 il əvvəl qurucu ortağı olduğu, ən dəyərli və mübahisəli "start-up" halına gəlməsində rol oynadığı "Uber" ilə qalan son əlaqəsini də kəsir.
"Marja" xəbər verir ki, 43 yaşındakı Kalanick, taksi çağırma şirkətindəki qalan bütün səhmlərini sataraq yeni iş fikirlərinə və xeyriyyəçilik fəaliyyətlərinə yönəlməyi planlaşdırır.
Digər qurucu ortaq olan Garrett Camp ilə "Uber"i quran Kalanick, şirkətin bir qara avtomobil xidmətindən, yemək xidməti, fraxt və vertolyot uçuş xidməti təmin edən qlobal bir nəqliyyat nəhənginə çevrilməsinə qatqı təmin edib.
Kalanick 2017-ci ilin İyun ayında icraçı direktor vəzifəsindən azad edilib. Onun, aqressiv olduğuna və bəzən saymaz rəhbərlik etdiyinə görə işdən çıxarıldığı danışılır. Kalanick iş mühitində qadınlara mənfi yanaşması ilə də tanınır.
Etdiyi açıqlamada "Uber son 10 ildir həyatımın bir parçası idi" deyən Kalanick, "Mənim üçün ən doğru olan bu ankı işlərimə və xeyriyyəçilik fəaliyyətlərimə fokuslanmamdır" şəklində danışıb.
Kalanick ötən ildən bəri "CloudKitchens" adlı yeni bir "start-up" qurmaqla məşğuldur. "CloudKitchens", daha çox yerə ehtiyacı olan restoranlara tam təchizatlı mətbəx təmin etmək məqsədilə bir əmlak şirkəti olaraq qurulub. Kalanick bu işə öz sərmayəsi və Səudiyyə Ərəbistanı fondundan aldığı 400 milyon dollar ilə keçən il başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 21 saat əvvəl
-
-
21 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)





.jpg)







