"Marağındayıq ki, Azərbaycan şirkətləri Ukraynada yollar tiksinlər"

“Biz çoxlu infrastruktur layihələrini həyata keçirmək niyyətindəyik, 16 min kilometr yol inşa etməyə hazırıq. Biz bunun marağındayıq ki, Azərbaycan şirkətləri Ukraynada yollar tiksinlər. Bilirik ki, onlar başqa ölkələrdə uğurla işləyirlər”.
“Marja” xəbər verir ki, bunu Dekabrın 17-də Bakıda keçirilmiş Azərbaycan-Ukrayna biznes forumunda Ukrayna Prezident Vladimir Zelenski çıxışı zamanı bildirib.
“Bilirəm ki, burada 90-dan çox Ukrayna şirkəti və 100-dən artıq Azərbaycan şirkəti iştirak edir. Bu gün bizim birlikdə olmağımız çox vacibdir. Təəssüf ki, bir neçə il ərzində belə forum keçirilməyib. Aydındır ki, əgər biz görüşməsək, dialoqa başlamasaq, normal investisiya mühiti ola bilməz. Əgər biz real işlər, real rəqəmlər barədə danışmasaq, biznes Ukraynaya gəlməyəcək və əksinə. Cənab Prezident çox mühüm iradını bildirdi. Bu, qarşılıqlı etimad məsələsidir” – deyən Ukrayna Prezidenti sözlərinə belə davam edib.
Bu gün mən Sizin gözəl paytaxtınızda ilk dəfə rəsmi səfərdəyəm. Azərbaycan Prezidenti cənab İlham Heydər oğlu ilə ilk dəfə görüşdüm. Mən hiss edirəm ki, bizdə dialoq başlandı. Bundan sonra konkret addımlar atılmalıdır. Ona görə ki, insanlar nəyisə vəd edəndə onlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Belə hallar olub və öhdəliklər yerinə yetiriləndə biz etimad qazanırıq. Biz artıq razılaşdıq ki, gələn ay böyük hökumət nümayəndə heyəti Ukraynaya səfər edəcək və danışıqlar çərçivəsində iqtisadi sahədə ikitərəfli əməkdaşlığın mühüm məsələləri – infrastruktur, özəlləşdirmə məsələləri müzakirə olunacaq. Ukraynanın 400-dən çox müəssisəsi özəlləşdirmə üçün hazırdır. Biz real investisiyalar görmək istəyirik və hamını görməyə şadıq.
Ukrayna nümayəndə heyətinin tərkibində İnfrastruktur naziri gəlib. Biz çoxlu infrastruktur layihələrini həyata keçirmək niyyətindəyik, 16 min kilometr yol inşa etməyə hazırıq. Biz bunun marağındayıq ki, Azərbaycan şirkətləri Ukraynada yollar tiksinlər. Bilirik ki, onlar başqa ölkələrdə uğurla işləyirlər. Hamıya məlumdur ki, Azərbaycanın “Bakcell” mobil operatoru Ukrayna bazarına daxil olub və onun investisiyaları 700 milyon dollara yaxındır. Ukrayna dövləti olaraq bizim vəzifəmiz bu investisiyaları qorumaqdır. Əlbəttə, bütün bunlar qarşılıqlı etimad səviyyəsində həyata keçirilir. Biz çox istəyirik ki, Azərbaycan Ukraynaya sərmayə yatırsın. Biz, həmçinin istəyirik ki, Ukrayna da Azərbaycanda təmsil olunsun. Bizim güclü iqtisadi münasibətlərimiz, həmçinin tarixi münasibətlərimiz var.
Daha bir investisiya sahəsi turizm sferasıdır. Məsələn, Xerson vilayətinin rəhbəri burada iştirak edir. Cənab Qusev Xerson vilayətini təmsil etməyə hazırdır. Bu vilayət Ukraynada turizm üçün ən cəlbedici yerlərdən biridir. O, bu fəaliyyətə hazırdır, lakin infrastruktur çatışmazlığını hiss edir. Buna görə biz bu sahədə də investisiya layihələrinə dair təklifi nəzərdən keçirməyə hazırıq.
SOCAR şirkəti ilə bizim çox səmimi tərəfdaşlıq, dostluq münasibətlərimiz var. Ukrayna-Azərbaycan əməkdaşlığından söz düşəndə dərhal SOCAR-ı xatırlayırıq. Biz istəyirik ki, SOCAR şirkətinin Ukraynada fəaliyyəti genişlənsin. Biz SOCAR şirkətinin köməyi ilə sərhədin ayrı-ayrı hissələrində xidmətlər təqdim edilməsi üzrə bütöv komplekslər tikmişik və gələcəkdə bu fəaliyyəti genişləndirməyə hazırıq. Əminəm ki, bu, bizim ən maraqlı infrastruktur layihələrindən biri olacaq. Mənim bir ideyam var. Siz bir neçə dəfə rəqəmlər səsləndirdiniz – Azərbaycanda dövlət borcu azdır, son 15 ildə ümumi daxili məhsul 300 faizdən çox artıb. Bütün bunlar sizdə var, istərdik ki, bizdə də belə olsun”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
23 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
