Azərbaycanın Gürcüstana yatırdığı sərmayələrin həcmi kəskin azalıb
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına 41,8 milyon ABŞ dolları həcmində investisiya yatırıb.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Hesabat dövründə Azərbaycan qonşu ölkəyə ən çox investisiya qoyan ölkələrin ilk 20-liyində yeddinci yeri tutub.
İllik müqayisədə Azərbaycanın Gürcüstanda yatırdığı sərmayələrin həcmində 153,2 milyon dollar və yaxud 78,5% azalma qeydə alınıb.
Kəskin azalmaya əsas səbəb Gürcüstan ərazisində magistral qaz kəmərinin inşasının başa çatdırılmasıdır.
Bu ilin ilk doqquz ayı ərzində Türkiyə Gürcüstana 158,6 milyon dollar həcmində sərmayə qoyaraq qonşu ölkənin bir nömrəli investoru olub. İkinci yerdə İrlandiya (132,5 milyon dollar), üçüncü yerdə isə Böyük Britaniyadır (122,5 milyon dollar).
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanın Gürcüstana qoyduğu investisiyaların ümumi həcmi 246,5 milyon dollar təşkil edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir





















.jpg)
