Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb
(®) Ölkənin ən gənc mobil operatoru “Nar”, müştərilərini yüksək sürətli və keyfiyyətli internetlə təmin etmək məqsədilə baza stansiyalarının sayını artırmağa davam edir.
Belə ki, şəbəkəni əhali üçün daha əlçatan etmək məqsədilə il ərzində 1050-dən artıq 4G, 210-dan artıq isə 3G baza stansiyası qurulub. Bununla da hazırda “Nar”ın LTE və LTE-A texnologiyalı baza stansiyalarının sayı 2750-ni, 3G baza stansiyalarının sayı isə 2815-i ötüb. 4G və 3G baza stansiyalarının sayını sürətlə artırmaqla mobil operator, Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir. Aparılan davamlı şəbəkə təkmilləşdirmə işlərinin nəticəsi olaraq, Bakı və Abşeron yarımadasından başqa, 54 region “Nar”ın sürətli 4G şəbəkəsi ilə əhatə olunub.
Bütün ölkə ərazisində quraşdırılan yeni LTE texnologiyalı baza stansiyaları regionlarda 4G internet istifadəçilərinin sayının artmasına da səbəb olub. Belə ki, son 1 il ərzində 4G internetindən istifadə edənlərin sayı Bakı üzrə 78%, regionlar üzrə isə 100%-dən çox artıb. Hazırda “Nar”-ın yüksəkkeyfiyyətli 4G xidmətindən yararlanan aktiv abunəçilərin sayı 900 mini ötüb.
“Nar” ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G şəbəkəsinin coğrafi əhatə dairəsini 347%, ölkə əhalisinin əhatə dairəsini isə 120% artırmağa nail olub. Bununla da hazırda mobil operatorun 4G şəbəkəsi ölkə ərazisinin 74,3%-ni (işğal olunmuş ərazilər istisna olmaqla), ölkə əhalisinin isə 92%-ni əhatə edir. “Nar” hazırda 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə “Nar” zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək “HD-Voice” xidmətini tətbiq etmiş və həmin ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
7 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
8 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
8 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
8 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb











.jpg)









