10 ayda 11 milyon manatdan çox sığorta haqları toplayıb
Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” sığorta şirkəti 2019-cu ilin yanvar-oktyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində 11 351 964 manat həcmində sığorta haqqı toplanılıb.
Hesabat dövründə şirkət sığorta ödənişlərini müvafiq qanunvericiliyin tələbinə uyğun qaydada operativ və vaxtında həyata keçirib və bunun nəticəsində müştərilərə 6 045 055 manatdan çox sığorta ödənişi verilib.
Qeyd edək ki, Qala Həyat” şirkəti göstərilən xidmətlərdə biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarını hər zaman yüksək dəyərləndirilərək prioritet hədəflər sırasında saxlayır.
Azərbaycanda etibarlı həyat sığortaçısı kimi tanınan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























