Palata: "Bank Standard"la bağlı verilən qərarlar ləngimişdi
"Bu ilin aprelindən ləğv olunmuş "Qafqaz İnkişaf Bankı" ASC-də qorunmayan əmanətlərin qaytarılmasına başlanacaq".
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Mərkəzi Bankı haqqında", "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" qanunlara, eləcə də Mülki, İnzibati Prosessual, Mülki Prosessual Məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı bildirib.
"Vaxtımız imkan versə, bu günün ikinci yarısında Palatanın Direktorlar Şurasının iclası olacaq. "Parabank" qorunmayan əmanətlərini də ödəyib. "Parabank" bank olmayan kredit təşkilatına çevrilməklə bağlı bizə müraciət edib. Çünki onun balansında əmanətləri qalmayıb. Hüquqi şəxslərin banklardakı 12 milyon manatlıq hesab qalıqlarını ödəyib. Qorunmayan əmanətlər təxminən 20 milyon manat idi. Yəni 32 milyon manat məbləğində kompensasiya olunmayan öhdəlikləri icra edib. Onun balansında qalmış kreditlər və səhmdarların qoyduğu vəsait imkan verir ki, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərsin. Bankın lisenziyası geri alınanda onun 40 milyon manatlıq kapitalı var idi. Biz onun kapitalının tamamilə itirilməsini gözləmirdik. "Bank Standard" da vəziyyət başqa cür idi. Bu bank sistem əhəmiyyətli bank idi. Biz əlavə cəhdlər etdik. Dövlət əlavə inyeksiya etdi. Ola bilsin ki, biz orada qərarlar üçün ləngimişdik. Bu, faktdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













