“Günay Sığorta”ya yeni sədr təyin edildi
“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. "Marja" xəbər verir ki, bu vəzifəni Akşın Cahangirov icra edəcək.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edildikdən sonra isə rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Akşın Cahangirov fəaliyyəti ərzində müxtəlif aparıcı sığorta şirkətlərində, AR Qiymətli Kağızlar üzrə DK Milli Depozit Mərkəzində rəhbər vəzifədə çalışmışdır. 2016-cı ildən etibarən isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta bazarına nəzarət departamentində rəhbər vəzifəni icra etmişdir.
İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Gülnarə Cavadova İdarə Heyətinin üzvü, İdarə Heyətinin üzvü İlkin Mirzəyev isə Təftiş komissiyasının sədri vəzifəsində fəaliyyətini davam etdirəcək.
Ümumiyyətlə, şirkətdəki inkişaf prosesinə nəzər yetirdikdə məlum olur ki, mövcud inkişaf meylləri cari ilin əvvəlindən hiss olunmaqdadır. Şirkətdəki institutsional dəyişiklik, korporativləşmə, əsas maliyyə göstəricilərindəki artım, sığorta portfelinin gəlirlilik dərəcəsinin artması, mənfəətlilik, eləcə də müştəri məmnuniyyəti səviyyəsinin artırılması şirkətdə ilin əvvəlində olan təyinatlarla bağlıdır.
Şirkətin zərərdən mənfəətə keçməsi, sığorta portfelinin zərərlilik dərəcəsinin minimuma enməsi, korporativ qaydaların hazırlanması, işçilərlə bağlı motivasiya proqramlarının işlənilib hazırlanması, satış şəbəkəsinin coğrafiyasının genişləndirilməsi və bütün bu kimi əsaslı dəyişikliklər Direktorlar Şurası sədrinin müşaviri vəzifəsinə Fuad Sadıqovun təyinatından sonra baş verib və hal hazırda şirkət peşəkar komanda tərəfindən idarə olunur.
Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 25 d. əvvəl
-
-
33 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
45 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
52 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın







.jpg)














.jpg)


