"Aksizlərin artımı zavodumuzun bağlanmasına gətirə bilər"
Daxili pivə istehsalına aksiz vergisinin 150% artırılması “Carlsberg Azerbaijan”ın gəlirliliyini təhlükə altına qoyur və şirkətin Azərbaycanda bağölanmasına gətirə bilər. Şirkətin baş direktoru Vyaçeslav Maltsev belə hesab edir.
“Açığını desək, bu təşəbbüs nəinki şirkətimizin gəlirliliyini, hətta bazarda fəaliyyətimizin davam etməsini təhlükə altına qoyur. Biz çox ümid edirik ki, hökumət tərəfindən aksizlərin artırılmasına yanaşmaya təkrar baxılacaq və pivə kateqoriyası üçün artım, sərt alkoqola nisbətən daha aşağı olacaq”, - Maltsev şirkətin mətbuat xidmətinə müsahibəsində bəyan edib.
O, həmçinin qeyd edib ki, pivə üçün aksizin 0,2 manatdan 0,5 manatadək (150%) birdəfəlik artımı pivə istehsalçılarının kəskin artan xərclərini ödəmək iqtidarında olmaması səbəbindən məhsulun qiymətinin bahalaşmasına gətirəcək.
“Müvafiq olaraq, kateqoriya kimi pivə kifayət qədər bahalı və orta gəliri olan istehlakçı üçün əlçatmaq olacaq. Digər tərəfdən, Qərbi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, bir qayda olaraq aksizin artırılması ölkədə kölgə bazarının inkişafına aparır. Bu, son illər ərzində dövlətin uğurla həyata keçirdiyi ağartma istiqamətində addımlarına ağır zərbə ola bilər”, - o bildirib.
Maltsevin sözlərinə görə, kölgə bazarının inkişafı əhalinin sağlamlığına da mənfi təsir göstərəcək. O qeyd edir ki, bir tərəfdən kölgə bazarı yalnız vargilərdən yayınmır, həm də çox vaxt hətta minimum tələblərə cavab verməyən məhsul istehsal edir, demək ki, istehlakçıların sağlamlığı üçün təhlükəlidir.
“Digər tərəfdən, sərt alkoqolun əlçatan və zəif alkoqolun baha olması uzunmüddətli perspektivdə əhalinin alkoqollaşdırmasına səbəb olur”, - o bildirib.
Maltsev həmçinin qeyd edib ki, nəticədə pivə ixtisaslaşmış məhsula çevriləcək və bu Azərbaycanda bütövlükdə pivə kateqoriyasının kollapsına gətirəcək.
Onun rəyinə görə, aksiz markası ilə markalanma sektorunun tənzimlənməsi nöqteyi-nəzərindən Avropa üzrə orta nisbəti (zəif və sərt alkoqol arasında 1:3-ə bərabərdir) optimal və səmərəli hesab etmək olar.
“Əfsuslar olsun ki, hazırda Azərbaycanda bu nisbət yalnız 1:1,25 təşkil dir, bu da optimal yanaşmadan iki dəfə azdır. Vergi Məcəlləsinə yuxarıda qeyd olunan dəyişikliklərin qəbulu halında, nisbət 1:0,8 təşkil edərək, yalnız ağırlaşacaq, bu da ölkədə alkoqollu içkilərin istehlakı strukturuna mənfi təsir göstərəcək”, - Maltsev bildirib.
Gürcüstanın pivə bazarı Azərbaycanın pivə bazarı ilə müqayisədə 5-6 dəfə böyükdür
Hazırda Azərbaycanda pivə bazarı qonşu ölkələrin pivə bazarlarına nisbətən müqayisəedilməz dərəcədə kiçikdir. Bunu “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Maltsev deyib.
“Ümumiyyətlə, Azərbaycanda pivə bazarı qonşu ölkələrin bazarlarından müqayisəedilməz dərəcədə kiçikdir. Belə ki, Gürcüstanda pivə bazarı 5-6 dəfə, Ukraynada və Belarusda isə təxminən 10 dəfə böyükdür. Bu, adambaşına düşən istehlak həcmi sərt alkoqol, şərab və pivə arasında düzgün bölüşdürüldüyü halda Azərbaycanda pivə bazarının inkişafı üçün potensial yaradır", - deyə o, şirkətin mətbuat xidmətinə müsahibəsində bildirib.
Baş direktor qeyd edib ki, şirkət kateqoriyanın inkişafında və gələcəkdə Azərbaycan bazarına investisiya qoyuluşunda maraqlıdır, çünki ölkədə pivə bazarının böyüməsinə və inkişafına inanır.
“Carlsberg Group” rəhbərliyi biznesin qorunması və bazarın ağardılması istiqamətində hökumətin son bir neçə ildə atdığı addımları çox yüksək qiymətləndirir. Belə yanaşma vicdanlı rəqabət və sağlam biznes mühiti yaradır ki, bu da xarici sərmayədarlar üçün cəlbedicilik baxımından ölkənin imicinə müsbət təsir edir”, - deyə V.Maltsev vurğulayıb.
Onun sözlərinə görə, son illərdə bazarın ağardılması və biznesin bütün iştirakçıları üçün bərabər şəraitin yaradılması, eləcə də aksiz siyasətinin sabitliyi nəticəsində 2017-ci ildən etibarən şirkətin satış həcmi müsbət dinamika nümayiş etdirməyə başlayıb ki, bu da müvafiq olaraq şirkətin vergi ayırmalarına təsir edib.
"Təkcə 2018-ci ildə şirkətimizin vergi ödənişləri 18 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 2 mln. manat çoxdur", - deyə baş direktor bildirib.
“Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln. dekalitr təşkil edir. Şirkətdə 260 nəfərə yaxın işçi çalışır. Şirkət zavodun inkişafına ümumilikdə 50 mln. manata yaxın sərmayə qoyub.
“Carlsberg Azerbaijan” “Xırdalan, “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Baltika Kuler”, “Əfsanə”, “Jiqulevskoe”, “Firmennoe”, “Carlsberg”, “Holsten”, “Kronenbourg Blanc”, “Seth&Riley`s Garage” kimi pivə brendləri istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq






















