“Bizim şirkət daxili bazarın 60 faizini güllə təmin edir”
“AzRose” hazırda daxili bazarın 60 faizini güllə təmin edir.
“Marja” xəbər verir ki, bunu “AzRose” MMC-nin direktoru Nicat Mirzəyev bildirib.
“Qiymət daha ucuz və münasibdir. Zirə və Şəmkirdə də istixanalar var. Vəndam qəsəbəsində dekorativ gülçülük istixanasında ümumilikdə 50 yerli işçi çalışır və onların orta aylıq əməkhaqqısı 550 manat təşkil edir. Gələcəkdə istehsalın 40 faizinin Rusiya, Qazaxıstan və digər ölkələrə ixracı planlaşdırılır”.
Nicat Mirzəyev əlavə edib ki, Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanasının yaradılmasına 19 milyon manat təşkil edir.
Qəbələ gülçülük istixanasının yaradılması ilə bağlı işlərə 2017-ci ilin noyabr ayında başlanılıb. İllik istehsal gücü 6 milyon ədəd gül olan müəssisədə suvarma, işıqlandırma, isitmə və havalandırma sistemləri tamamilə elektronlaşdırılıb. Məhsuldarlığın artırılması məqsədilə 2005 LED lampası quraşdırılıb.
Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik “Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada “Red Naomi”, “Avalanj”, “Talea”, “Aqua”, “Sweet Avalanj”, “Jumilia”, “Wow” və “London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir.
MMC-nin direktoru vurğulayıb ki, , dünya üzrə ildə təxminən 3 ton qızılgül yağı istehsal olunur. Bu bazarda Azərbaycanın da təmsil olunması ölkəmizə yeni valyuta axınını təmin edəcək, digər tərəfdən də “Made in Azerbaijan” brendinin dünyada daha da məşhurlaşmasına səbəb olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 9 d. əvvəl
-
27 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 30 d. əvvəl
- 35 d. əvvəl
- 40 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb







.jpg)








.jpg)








